D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə3/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   2   3   4   5   6   7   8   9   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
süjet  özəllikləri  və  poetik  strukturuna  ilə  uyğunlaşan  başqa 
əsərə rast gəlmirik. Onun üçün də «Dədə Qorqud» öz orijinal-
lığı  ilə  dünyamızın  yeni-yeni  ölkələrini  fəth  etməkdədir.  Əgər 
Azərbaycan  türkləri  tarixdə  yaşadıqları  uzun  çağlar  ərzində 
digər bədii sənət nümunəsi yaratmayıb, təkcə «Dədə Qorqud»la 
ktfayətlənsəydi belə, öz böyüklüyünü, istedadının ecazkarlığını 
nümayiş  etdirmiş  olardı.  Lakin  xalqımızın  həm  şifahi,  həm  də 
yazılı ədəbiyyat ənənəsinin mayasında «Dədə Qorqud» durduğu 
üçün yaratdıqları Nizami, Nəsimi, Füzuli, Vaqif, Axundov, Sabir, 
Mirzə Cəlil, Səməd Vurğun, Bəxtiyar Vahabzadə zirvəsindədir. 
Stefan Sveyq sənətkar «ulduz»ların doğulduğu anları dün-
yanın ən xoşbəxt günləri hesab edirdi. Bu mənada «Dədə Qor-
qud» abidəsini yaradan xalqımız dünyamıza bir xoşbəxt an deyil, 
min, bəlkə də, iki min illik sevincli çağlar bəxş etmişdir. Çünki 
bu möhtəşəm abidə bir ildə, beş ildə yaranmayıb, neçə-neçə əsr 
ərzində formalaşıb.
“Kitab”ın əlyazmasının üzərində qeyd olunduğu kimi, oğuz 
tayfalarının dilində  yaranıb yazıya alındıqdan sonra müəyyən 
obyektiv və subyektiv səbəblər üzündən bir neçə yüz il yaddaş-
lardan silinməsinə baxmayaraq, XIX əsrin əvvəllərində (1815) 
Avropada tapılması ilə yenidən doğulmuş, bütün dünyanı heyrətə 
gətirmişdir.
Azərbaycan,  anadolu  türklərinin,  türkmənlərin  və  qaqa-
uzların ulu babaları - oğuzlar haqqında ilk yazılı tarixi mənbə 
Orxon-Yenisey daş kitabələri hesab edilir. «Göytürk imperator-
luğu  dövründəki türk  ellərindən biri  də  doqquz  boydan  ibarət 
oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı ara-
sında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə 
birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. 
Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də 
eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən 


5
və  türk  deyilmişdir.  «Oğuz»  sözü  dastanlarda  xatirəsi  yaşadılan 
əcdadlarının  adı  kimi  xalq  arasında  uzun  müddət  işlədilmişdir. 
Oğuzlar  orta  çağlarda  dünya  tarixində  böyük  rolu  olan  səlcuq, 
atabəylər, qaraxanilər, osmanlı, ağqoyunlu və səfəvi kimi qüdrətli 
imperiyalar yaratmışlar. Lakin «Dədə Qorqud» dastanını  oğuz-
larla  məhdudlaşdırmaq  düz  deyil.  Başqa  sözlə,  «oğuz»  adının 
tarix  meydanında  göründüyü  əsrlərlə  –  VI  –VII  yüzilliklərdə 
durğunlaşdırmaq  onu  Qafqaz,  Azərbaycan  mühitindən  ayırmaq 
təşəbbüsündən başqa bir şey deyil. Əslində oğuzların ulu baba-
larının – hunların, saka türklərinin, massagetlərin, albanların ta-
rixin müxtəlif aşırımlarında doğma ellərindən uzaqlaşıb yenidən 
geri  dönmələri  ilə  gen  yaddaşında  yaşatdıqları  dastanlaşmış 
tarixlərinin məhz yarandığı məkanda orta çağlarda yazıya alın-
masıdır. 
Faktlar onu göstərir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan 
türklərin  yazısı  və  ana  dilli  ədəbiyyatı  çox  qədim  zamanlardan 
mövcud olmuşdur. Belə ki, XIV yüzillikdə Misirdə yaşamış, turk-
səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd-Davadarinin 
məlumatından aydın olur ki, oğuzların erkən orta əsrlərə aid ya-
zılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı «Dürər-ət ti-
can  və  təvarix  qürar  əz-zaman»,  yəni  «Şöhrətlilərin  tarixindən 
mirvarilər» adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında 
göstərir  ki,  Əbu  Müslüm  Xorasaninin  (755-ci  ildə  öldürülmüş-
dür) xəzinəsindən bir kitab tapılmışdır. Orta fars dilində yazılan 
bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə 
olmuşdur)  məşhur  vəziri  mərvli  Buzurq  Mihr  Baxtxana  məxsus 
imiş. Türk dilindən tərcümə olunan kitab «Ulu xan ata Bitigçi» ad-
lanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı 
Cəbrayıl Bəhtaşi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin 
qənaətinə  görə,  «VIII  əsrdə  ərəb  dilinə  tərcümə  edilən  bu  əsər 
ağızlarda dolaşan şifahi ədəbiyyat - folklor dilindən tərcümə edilə 

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin