D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə7/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   2   3   4   5   6   7   8   9   10   ...   290
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
İÇ OĞUZLA DIŞ (DAŞ) OĞUZUN 
SAVAŞININ SƏBƏBİ


10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya 
gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış 
edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə 
olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasın-
da fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari qurulu-
şunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların 
(ümumiyyətlə, bütün canlıların) birliyini təşkil etməyi bacaran, 
təbii  fəlakətlərə,  şər  qüvvələrə  qarşı  mübarizənin  təşkilatçısına 
çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran 
fövqəltəbii gücə malik məxluqlar əyləşirlər. 
«Dədə  Qorqud»da  isə  tamamilə  başqa  mənzərənin  şahidi 
oluruq. 24 tayfanın (eposun «Qazlıq Qoca oğlu Yeynək boyu»nda 
Bayandır  xanın  əmrində  deyilir:  «İyirmi  dörd  vilayətin  bəyləri 
gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud 
«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli 
Dondazın 24 oğuz boyunu tərif edib oxşaması barədə məlumat 
verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində 
xanlar  xanı  Bayandır  xan  sabitliyin  qarantı  funksiyasını  daşısa 
da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə 
çarpdırılır.
Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza 
(Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət 
bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji struktur-
dan fərqli şəkildə aparılır. Yəni, idarəçilik Boz oxların deyil, Üç 
oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadın-
dan dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xa-
nın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan 
və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində 
yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl 
yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin 
davamçılarına pozuq/ bozuq/ boz oxlar deyirlər. 


11

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin