13
Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin
gedəcəkdir». (Kitabi-Dədə Qorqud, s. 155). Göründüyü kimi,
bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa
məzhəbdən idilər. Buna baxmayaraq məlumatdan belə çıxır ki,
Baybican bəylə sultan arasında gizlin danışıq aparılmışdır. Dış
oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də
dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının
öz göbəkkəsmə nişanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə
qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə
işə qarışması Baybicanın sultanla «gizli sazişi»ni pozmuşdur.
Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı.
Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi say-
maq olmaz. Hər halda eposda son boydakı narazılıqdan daha
kəskin qarşıdurmalara, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə
də rast gəlirik. Dirsə xan Bayandır xan tərəfindən təhqir olun-
duğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir)
onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya
modelinin üçqatlı stukturunun üçrəngli çadırlarla (otaqlarla) kod-
laşdırılan variantının əsasında həyat-ölüm, insan və onun dün-
yaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik
ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üçrəngli
çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anla-
mında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funk-
siyanın daşıyıcısı olur: yaratmaq, törəmək və aradan qaldırmaq.
Dostları ilə paylaş: