Folklor, Mifologiya, Etnoqrafiya hakimiyyət strukturunda ancaq iki cəhətə görə başa keçmək –
vəzifə almaq mümkün idi: düşməni məhv etməklə və kasıblara
səxavət göstərməklə. Bəs hakimiyyət Qazan bəyə çatandan sonra
o, Qalın oğuzu hansı prinsiplərlə idarə etməyə başlayır? Qazan
bəy Bayandır xanın yolunu davam etdirmir, onun idarəçilikdəki
uğurlu prinsiplərindən üz döndərir. İlk baxışda orijinal görünən,
ancaq barbar bir adətlə öz xanlığını təsdiqləməyə çalışır. «Üç ox
və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini ta-
lan elətdirər, şey-şüyünü bölüşdürərdi» (Kitabi-Dədə Qorqud, s.
221).
Epos boyu İç oğuz və Dış oğuz adıyla işlənən tayfa birliyinin
mifik bölgü ilə verilməsi (Üç ox və Boz ox) göstərir ki, «yağ-
malanma» adətini Qazan bəy «icad» etməmişdi, qədim dövrlərdə
daha çox ömrünü at üstündə keçirən, yurddan-yurda yürüşlər edən
köçəri türklərin başçıları topladıqları qənimətlər yığılan çadırı ta-
lan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə
ruhlandırardılar. Lakin oturaq həyata keçəndən sonra ocağın, evin
hər daşı türk üçün müqəddəs sayılmış və bu halda Bayandır xa-
nın məclis çağırması, hərəyə bir il ərzində ölkənin tərəqqisi üçün
gördüyü işlərə görə mükafatlar verməsi yeni idarəçilik üsuluna
keçiddən xəbər verirdi.
Deyilənlərdən belə nəticə çıxır ki, sonuncu boyda Bayandır
xan dünyadan köçmüşdü. Onun yerini tutmağa çalışan Qazan
bəy igidliyi ilə ad-san qazansa da, Qalın oğuz elinin bir qanadı-
nın qanını bədənində daşısa da, siyasətdə hələ naşı idi. Bayan-
dır xanın qoyduğu prinsipləri uğurla davam etdirmək əvəzinə,
təkcə ətrafındakılara – yaxınlarına yarınmaqla köhnə ənənəyə
qayıtmağa can atırdı. Divanına Dədə Qorqud sayaq müdrikləri
toplamaqdansa, oda su töküb söndürənləri deyil, bir az da qala-
yanları çağırır və İç oğuz bəyləri ilə Dış oğuz bəyləri arasında
ayrı-seçkilik yaranmasına şərait yaradır. Hakimiyyətdə həmişə