15
ağıllı məsləhəti hadisəni sovuşdura bilir. Yəni şaquli istiqamətli
üçlüyün alt – qaranlıq qatı orta – qırmızını özünə tərəf çəkməyi
bacarmır. Üçqatlı strukturlarda orta qat əksər hallarda vasitəçi və
tənzimləyici rolunu oynayır, bəzən isə «şərin qılverəninə» çev-
rilir. Orta qatın (eposda qadının) yuxarı işıqlı ağ göylə (eposda
Bayandır xanla) əlaqələri qırmamaq təşəbbüsü hadisələri xeyrə
aparıb çıxarır. Əks halda onun aşağı qaranlıq qaraya üz tutması
şərə meydan açardı. Eləcə də Bəkilin Bayandır xandan və Qazan
bəydən üz döndərməsi motivi mifoloji strukturdakı elementin ye-
rinin səhv düşməsi ilə səsləşir. Adi hal təsiri bağışlayan narazılıqla
etnosdaxili toqquşmaya zəmin yaranır. Bəkilin hünərinin özündə
olması, yoxsa atın məharəti ilə bağlanması mübahisəsi əslində
yurddan üz döndərib yad diyarlarda məskunlaşmaq istəyini ya-
ratsa da, gerçəkləşdirilə bilməzdi. Çünki köklə bağlanan xətlərin
kəsilməsinə zəmin hazırlanmırdı. Sadəcə olaraq bir varlığın öz
içərisindəki ikliliklə üz-üzə gəlməsi hadisəsi baş vermişdi. Bu
səbəbdən də qarşıdurma dərinləşib qardaş qırğını ilə nəticələnmir
və burada da «qırmızının» - qadının müdrikliyi və ağın - Bayan-
dır xanın səbri sayəsində hadisələr barışla yekunlaşır.
İlk olaraq belə bir sual doğur: elə isə sonuncu boydakı na-
razılığın qanlı müharibəyə çevrilməsinin səbəbi nə idi? Onu ara-
dan qaldırmaq mümkün deyildimi? Qalın oğuzun gözü Bamsı
Beyrəyə qıyan Dış oğuzların məqsədi təkcə var-dövlətdən pay
ummaları idimi? Nə səbəbə hadisələr birdən-birə yönünü böyük
sürətlə elə dəyişir ki, Alp Aruz bacısı oğluna düşmən kəsilir, hər
an Qazan üçün başından keçməyə hazır olan Bəkdüz Əmən, dar
günündə Qazanın böyründə qılınc çalan Alp Rüstəm üzüdönük
çıxır? Ona görə ki, əvvəlki boylarda sabitliyin qarantı kimi çı-
xış edən üç cəhət - Bayandır xan, məsləhətçi qadınlar və Dədə
Qorqud sonuncu boyda görünmür. Mifoloji struktura görə bu
dünyagörüşündə dəyişikliyə işarədir, yəni etnosun daxilində bir
Dostları ilə paylaş: