FOLKLOR
ÖRNƏKLƏRI
Topladı: Aynurə Əliyeva (elmi işçi)
Ağdamda belə söyləyirlər...
Bayatılar
290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əziziyəm, bu dağda,
Maral gəzər bu dağda.
Yarımı itirmişəm,
Axdarıram bu dağda.
Əziziyəm, gözəldi,
Aydan, günnən gözəldi.
Mən bir gözəl sevirəm,
Ta binadan
1
gözəldi.
Aşiqəm, yasəmənsiz,
Gül bitməz yasəmənsiz.
Cəfdə
2
bir igid ölmüş,
Getməzdər yasə mənsiz.
Əzizim, gülə baxdı,
Aşixlər gülə baxdı.
Söygülüm ağzın aşdı,
Ağzınnan gülaf axdı.
Əzizim, bar düşəndə,
Dağlara qar düşəndə.
Heç rahət olmuram,
Yadıma yar düşəndə.
Əzizim, bağlar kimi,
Yağaram qarlar kimi.
Həsrətindən əriyif,
Yanaram şamlar kimi.
Əzizim, çağlar indi,
Gözüm qan ağlar indi.
Nazlı yarın dərdinnən,
Oylağım dağlar indi.
Əziziyəm, gündə mən,
Kölgədə sən, gündə mən.
Qurban ildə bir olar,
Qurban olum gündə mən.
Əzizim, fanar kimi,
Mum kimi, fanar kimi.
Aloyun sənnən alıff,
Yanaram fanar kimi.
Mən aşix, oyum-oyum,
Qızılgül oyum-oyum.
Leysan yağar, yer doymaz,
Mən sənnən nejə doyum?
Bulağın başı sənsən,
Üzüyün qaşı sənsən.
On iki yarım olsa,
Onnarın başı sənsən.
Getmə, yarım, amandı,
Dərdim sana ayandı.
Hər gəlişinə qurban,
Gedişin nə yamandı.
Aşiqəm, keçən gejə,
Ömürdən keçən gejə.
Heç çıxarmı yaddan,
Yar ilə keçən gejə?
1
. Əzəldən
2
. Ev-obadan kənar yer, bayi-biyaban
291
Mən aşiqəm üzüşür,
Sona göldə üzüşür.
Məkəs, pərin tərpətmə
1
,
Zülf titrər, üz üzüşür.
Əzizim, elçi məni,
Sevirəm göy çiməni,
Qara qaş, qayıt
2
kiprik,
Edibdir elçi məni.
Əzizim, sabah ağlar,
Açılan sabah ağlar.
Yarından ayrı düşən,
Hər gejə, sabah ağlar.
Mən aşıx, verəsən can,
Qurbana verəsən can.
Yarın vəfalı olsa,
Yolunda verəsən can.
Əzizim, dərdə məni,
Salmısan dərdə məni.
Ayrılığın günüydü,
Öpəydin bir də məni.
Vətənimin yolu var,
Çəməni var, çölü var.
Sevdiyim gül camalın,
Baldan şirin dili var.
Əziziyəm, qalxaram,
Çırpınaram, qalxaram,
Eşitsəm canan gəlir.
Meyit olsam qalxaram.
Əzizim, gözüm qaldı,
Demədim sözüm qaldı.
Yarımnan aramızda,
Bir pünhan sözüm qaldı.
Əziziyəm, əl eylər,
Pəncərədən əl eylər.
O qızın qələm qaşı,
Axır bir əngəl eylər.
Əziziyəm, gün düşdü,
Pəncərədən gün düşdü.
Sevdiyim ol vəfasız,
Yenə yadıma düşdü.
Aşiqəm, yanan cana,
Odlara yanan cana.
İstər ağla, istər gül,
Tək-tənha qalan cana.
Əzizim, ağlar qoydu,
Yar məni ağlar qoydu.
Aşdı yaxa düyməsin,
Dağ üstə dağlar qoydu.
Aşiqəm, boz dağları,
Basıbdı toz dağları.
Əgər sənə qovuşsam,
Aşaram tez dağları.
Folklor örnəkləri: Ağdam folkloru
1
.Milçək, qanad tərpətmə.
2
.Qayıtma, qatlama
292
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əziziyəm, şan bağlar,
Şam ağacı şan bağlar.
Könlüm elə virandır,
Arı girsə, şan bağlar.
Mən aşix, biz hara,
Bura hara, biz hara.
Bizi tora salanı,
Getsin imansız gora.
Əzizim, gedən olsa,
Seyrana gedən olsa,
Namə yazıb göndərrəm
Yarıma, gedən olsa.
Mən aşiqəm, açılmaz,
Əl yaylığı açılmaz,
Mənim sevdalı gönlüm,
Yar görməsə, açılmaz.
Mən aşix, aşmax olmaz,
Bu dağdan aşmax olmaz,
Yarnan küsdük, ayrıldıx,
Daha barışmax olmaz.
Əziziyəm, sarı qız,
Suya gedən sarı qız,
Gözləri şah alması,
Özü dünya malı qız.
Əzizim, nə gejədi,
Bu gejə, nə gejədi,
Kaş şıx
1
oluf bileydim,
Yarın halı nejədi.
Mən aşiqəm, yüz yerdən,
Əlli yerdən, yüz yerdən,
Qolunu sal boynuma,
Ayaqlarım üz yerdən.
Əziziyəm, hürüdü,
Duman dağı bürüdü.
Səndən mənə yar olmaz,
Sevən canım çürüdü.
Əziziyəm, haşımı,
Hara qoyum başımı,
Səni mənə verməzlər,
Tökmə gözün yaşını.
Əzizim, pərdə-pərdə,
Yay telin pərdə-pərdə.
Gejələr mən yatmaram,
Ay yatar pərdə-pərdə,
Əziziyəm, canım var,
Əldə təzə camım var.
Mən səni unutmaram,
Nə qədər ki, canım var.
Əziziyəm, tutan yar,
Əlində gül tutan var.
Sevib sonra tərk etdin,
Barı eldən utan yar!
Əziziyəm, qar başlar,
Yağış yağar, qar başlar.
Olsa da bajı qəmgin,
Ağlamasın qardaşdar.
1
.Seyid
293
Folklor örnəkləri: Ağdam folkloru
Əziziyəm, nə gəzir?
Kəklik daşda nə gəzir?
Yarı qəlbsiz olanın,
Əqli başda nə gəzir.
Əziziyəm, samandır,
Sarı bağın samandır.
Gedəndə də tez qayıt,
Çatdar bağrım, amandır.
Əzızım, gizli yana,
Çırağı gizli yana.
Canım o bivəfanın,
Oduna gizli yana.
Əziziyəm, ağlama,
Çox qəm edib ağlama,
Gedərəm qayıdaram,
Yadlara bel bağlama.
Dağlar dağladı məni,
Görən ağladı məni.
Mənə zəncir tab etməz,
Zülfün saxladı məni.
Əziziyəm, kalam mən,
Dilim yoxdur, lalam mən
Çərxi-fələk qoymadı,
Arzu-kamım alam mən.
Əzizim, əkin-əkin,
Aldılar əlimdəkin,
Heç bir sevən binəva,
Olmasın mənim təkin.
Əziziyəm, ay oldum,
Ulduz deyil, ay oldum.
Naxələflər dilindən,
El-obada zay oldum.
Mən aşiqəm, yar ağlar,
Geyinibdi yarağlar.
Hicranı tayın
1
oldu,
Mən ağlaram, o ağlar.
Əziziyəm, sadağa,
Boyuna kim sadağa?
Mən bağlar bülbülüyəm.
Qoymazam
2
kimsə bağa.
Tapmacalar
Üç qardaşdır dərədə,
Biri deyir: “Gəl gedək”.
Biri deyir: “Getmirəm”,
Biri başın bulayır. (Su, daş, ot)
Üsdü yanıb dağıldı,
Altı hələ çiy qaldı. (Qəlyan)
Çardaxda var iki taş,
Birin qaldır, birin bas. (Körük)
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
(Corab ilmələri)
1.
Təyin.
2.
Qoymaram.
294
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Şəhəri var, evi yox,
Meşəsi var, ağacı yox,
Dənizi var, suyu yox. (Xəritə)
Şappır-şuppur çay keşdim,
Şappırına batmadım.
Qırmızıdan don geydim,
Nişanəsin tappadım. (Yuxu)
O, nədir ki, gejə-gündüz zarıyar,
Dəmir canı vaxt çarxına sarıyar.
İki qardaş yazdığını sanıyar,
Hər tayı da bir-birini tanıyar.
(Saat və əqrəbləri)
O, nədir ki, ağzı dəmirdən,
Dili kəndirdən
Üstü ocaq, altı su. (Lampa)
O, nədi ki, bir quyu,
Quyunun içində suyu,
Suyun içində ilan,
İlanın ağzı yanan.
(Lampa, neft, piltə, işıq)
Zər zərə yapışdı,
Zər divara yapışdı.
Zərgər oğlu gəlməmiş,
Zər divardan qopmadı.
(Açar, qıfıl)
Kilid kilid işində,
Kilid sandıx içində.
Binaya bir od düşdü,
Biz də yandıx içində. (Güzgü)
Gündüz ağa,
Gejə nökər (Yorğan-döşək)
Hazar-hazara gedər,
Mehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər. (Üzüm)
Ağzı var, dili olmaz,
Yüz ağaş vur, çığırmaz. (Balıq)
Çəyirdəyi qılığa,
Yeyilməyi dadlığa.
Kəbəyə get doyarsan,
Nə alduğun duyarsan. (Xurma)
Cavanlıqda ağ sakqal,
Böyüyəndə al sakqal,
Qocalanda qır sakqal.
(Böyürtkən)
A gedən kişi,
A gələn kişi.
Papağı yekə
Ayağı tikə. (Göbələk)
Ənbər havası var bunun,
Töhfə əzası var bunun.
İynə ilə dəlik-dəlik,
Gör nə səfası var bunun.
(Limon)
Göydən bir ağaş düşdü.
Barsız, budaxsız.
Onu bir quş yaladı,
Dilsiz, dodaqsız. (Qar, günəş)
Xırda-xırda öldülər,
Qəbirlərə girdilər.
Beş-altı ay su verdim,
Dirçələnif durdular. (Taxıl)
Nədəndi, ay nədəndi,
Dərmə, nazik bədəndi.
Plovüsdü məsgəni,
Görən rəngi nədəndi? (Zəfəran)
Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər,
295
Folklor örnəkləri: Ağdam folkloru
O qədər oynamışlar,
Xurdu-xəşil olmuşlar. (Qar)
Əlamət, ay əlamət,
İşi tamam qiyamət.
Əli yox şəkil çəkir,
Dişi yoxdu dişdəyir. (Şaxta)
Ay atım, əyri atım,
Qayadan qorxmaz atım.
Yük yüklərəm aparmaz,
Alınmaz pula satım. (Koramal)
Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
(Dovşan)
Əkdim palıd,
Çıxdı şabalıd.
Ortasından bir zoğ çıxdı.
Nə palıddı, nə şabalıd.
(Qağıdalı)
Gödəcık kişi,
Patavamnan var işi. (Biz)
O nədi ki, şəni qıfıllı siyahkar,
Yağar cisminnən yaz,
yayı, qışı qar. (Ələk)
Maral-maral inəyim,
Qarnı xaral inəyim,
Su içməz, ot otlamaz,
Çəpər yaran inəyim. (İlan)
Gejə-gündüz işlər,
Dişlərini dişlər. (Saat)
Ağaşa çıxar,
Ağzına tıxar.
Hər kəsə dəysə,
Evini yıxar. (Tüfəng)
Şəhrəbanı gəzər obanı,
Altı ayağı, iki dabanı (Tərəzi)
Sarıdı zəfəran deyil,
Girdədir, girdəkan deyil,
Yazılıdır quran deyil.
(İmperial, qızıl pul)
Mücürü, ay mücürü,
İlişdirdi ucunu.
Yeddi qatar nər gərək,
Çəkə onun gücünü. (Kotan)
Suda balıx,
Quyruğu yanıx. (Piltə)
Uzaqdan baxırsan qaracadı.
Yaxına gəlirsən ölücədi,
Barmax sox gözünə diricədi.
(Qayçı)
Altı taxta, üstü taxta,
Ortasında dəmir balta.
(Xəncər)
Həpdi-həpə,
Qızıl günə,
Dövran ötər,
Çiçək səpər. (Təndir və çörək)
Həri-həri həridən,
Hikmət gördüm dəridən,
Ağzı var irəlidən,
Buynuzları geridən. (Çəyirtkə)
Çullaram çulum salar (Sac)
O nədir ki, hər yana işıq salar,
Öz dibinə yox. (Çıraq)
O nədir ki,
gejə-gündüz yol gedir. (Saat)
Söylədi: Ağdam rayonu Ağdamkənd
kənd sakini, 1939-cu il təvəllüdlü
Əliyeva Solmaz Mirdənə qızı
296
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Laylalar
Layla deyim ucadan,
Səsim gəlsin bacadan,
Xuda səni saxlasın,
Çiçəkdən, qızılcadan.
Layla gülüm, a layla,
Qızılgülüm, a layla.
Layla deyərəm həmişə,
Səsim gedər yenişə
1
.
Yasdığında gül bitsin,
Yorğanında bənövşə.
Layla gülüm, a layla,
Qızılgülüm, a layla.
Layla deyərəm, su gəlsin,
Balamın yuxusu gəlsin,
Uzax-uzax ellərdən,
Balamın atası gəlsin.
Layla gülüm, a layla,
Qızılgülüm, a layla.
Layla dedim, yat dedim,
Yastığa baş at, dedim,
Ayla, günlə demirəm,
Saatla boy at, dedim.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay.
Layla dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgül kölgəsində,
Şirin yuxu tapasan.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay.
Layla dedim asına
2
Həm özünə, həm asına
Balamın toy xəbəri
Gələydi anasına.
Laylay, laylay, a laylay,
Körpə balam, a laylay.
Layla dedim yat,
Şirin yuxu tap.
Anan boyuna qurban
Tez böyü, boy at.
Layla balam, a layla,
Şirin balam, a layla.
Atalar sözləri və məsəllər
-Adın nədir?
-Muzdur.
-Yerində düz dur.
-Adın nədir?
-Nökər.
-Niyə durmusan bekar?
Aç qapını, ört qapını.
Bu dünyadan xəbəri yox,
O dünyadan danışır.
Ayran ver ayransıza,
Qalmaz bu dövran sizə.
Vaxt olar ayran olar,
Verməzlər ayran sizə.
1.
Enişə, aşağıya.
2.
Boy-buxun.
297
Folklor örnəkləri: Ağdam folkloru
Evsizə qız verməzlər.
Evlənən göz qulaqda olar.
İlan çıxdığı qapını tanıyır.
Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
Gec danışsan, kəlamın gül olar.
Gedər bağlar qorası,
Qalar üzlər qarası.
İki düşün, bir danış.
İlanı Seyid Əhməd əli ilə tutur.
İgid yüz yaşar, fürsət bir düşər.
İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə.
İlkin var—mülkün var.
İllər qocaltmaz insanı, qüssə qocaldır.
İstəyirsən qocalıqda hörmətin olsun,
Cavanlıqda qocalara hörmət elə.
İrz (ismət) insanın qanbahasıdır.
“İstəmirəm” deyəndən qorx.
İt sümüyü ölçüb udar.
Yabıya rəhm etməyən yabısız qalar.
Söylədi: Ağdam rayon sakini, 1944-cü il təvəllüdlü
Qirayət Cavad qızı Məhərrəmova
298
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yağla yovşan da yeyirlər.
Yad gəlib qohum olunca, qohum yad olar.
Getdin adına, tüpürdüm dadına.
Yağışda düşmənin qoyunu, dostun atı satılsın.
Yalançının adına inanma.
Yuxu ölümün qardaşıdır.
Payız suyu kasıbın bogazına təngdir.
Pay bölənə pay qalmaz.
Gəlin atda, qisməti yadda.
Sözün bilməyən ağız başa toxmaq vurdurar.
Gəlindən qız olmaz.
Padşahın da rəiyyətə işi düşər.
Paxılın gözü doymaz.
Leylək günün tak-takla keçirər.
Leş görəndə quzguna dönər.
Uzunluq nə bilir,
Çərşənbə, cümə.
Köhnə qurd yolunu azmaz.
Kömürçünün evinə girən üzü qara çıxar.
Hürüşün bilməyən it,
həsinə (sahibinə) qonax gətirər.
On iki imama yalvarınca,
Bir Allaha yalvar.
Kasıbdan Allahın da zəhləsi gedir.
299
Folklor örnəkləri: Ağdam folkloru
Tısbağa çanağından çıxıb çanağın bəyənmir.
Kasıbın heç nəyi olmasa da uşağı çox olar.
Könlü yemiş istəyən dolanar tağ başına.
Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.
Varlının xoruzu da yumurtlar.
Şir qocalanda özünə gülməyi gəlir.
Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.
Paltarı təzəliyində,
namusu gəncliyində qoru.
El gözündən düşən boy atmaz.
Özünə qıymadınmı, özgəyə qıyma.
Yayda çuxanı götür,
Qışda özün bilərsən.
Ala qarğa çoxbilmişliyindən uzağa düşər.
Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
Xəsisdən qışda buz almaq olmaz.
Elm ağlın çırağıdır.
Səbir eyləyən çox yaşar.
Söz üçün usta, iş üçün xəstə.
Söz insanın vuran əlidir.
Ağlınla gör, qəlbinlə eşit.
300
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Lətifələr
Ana qarğa balasına öyüd verir:
-Elə ki, gördün adam yerə əyildi, tez qaç.
-Niyə ki, bəlkə o, daşı cibində gətirir, - deyə, bala cavab verdi.
***
Bir məmləkətin vəziri şaha bir gün deyir:
-Şah sağ olsun, eşitmişəm ki, bu yaxınlarda sular quruyacaq, güclü
yağış yağacaq və bütün məmləkət əhli yağış suyundan içib dəli olacaq.
-Bəs sən nə tədbir tökmüsən, vəzir?
-Şah sağ olsun, mən su ehtiyatı götürmüşəm.
Vəzirin dediyi gün gəlib çatır. Bütün camaat yağış suyu içib dəli
olurlar. Şahla vəzir isə saxladıqları sudan içirlər. Camaat şahla vəzirin
onlar kimi hərəkət etmədiklərinə təəccüblənirlər və onları “dəli” adlan-
dıraraq daş-qalaq edib öldürürlər.
***
Kişi saja çörək salan arvadına deyir:
-İnək almaq isdiyirəm nə təər olar?
Arvad:
-Lap yaxşı, a kişi, buzoyunu bax ora bağlıyarıx, - deyə, oxloyu yan
tərəfə uzadır.
Kişi:
-Ay arvad yavaş, buzoyun gözün töhdün.
***
Meşə heyvannarı bir yerə yığışıb çayı keşmək üçün körpu tihməh
ətrafında məsləhət edirlər. Onlar çox danışıllar, məşvərət edirlər. Uzun-
qulaq kənarda dayanıb bütün bunnara göz qoyurdu. O birdən:
-Siz mana deyin görüm bu körpünü çayın uzununa tikirsiniz, yoxsa
eninə? - deyə, dostlarından soruçur.
***
Bir evə qonax gəlir. Qonaxla ata söhbət edir, oğul isə kənarda da-
yanıb qulax asır.
Bir azdan oğul: -Ata, icazə ver bir söz deyim, - deyə atasından
301
Folklor örnəkləri: Ağdam folkloru
icazə istəyir.
Ata: -Bala, həmişə danışanda sözü ağzında bişir, sonra çıxart.
Bir az keçir, oğul yenə: -Ata, izn ver, bir söz deyim.
Ata: -Bala, danışmazdan əvvəl həmişə sözü ağzında bişir, sonra
çıxart.
Bir azda keçir, oğul yenə söz demək üçün atasından izn istəyir.
Ata: -Bala, de, amma fikirləş sonra.
Oğul: -Ata, bizim qonağımızın başı lap itimizin başına oxşayır.
***
Bir gün taxıl zəmisinə böyük bir öküz girir. Bütün camaat yığı-
şır ki, “bəs bu öküzü nətər çıxardaq ki, zəmini çox xarab etməsin?”
Çox fikirləşirlər, məşvərət eliyirllər, ağsaqqal gəlsin, qarasaqqal gəlsin,
görək neyləyirik. Ağsaqqal gəlir və öz ağıllı məsləhətini verir:
-Yıxın sürüyün!
***
Bir gün ana, yumurta bişirən qızından soruçur:
-Qızım, neçə dəqiqədir yumurtanı qaynadırsan?
-Doqquz dəqiqə.
-Sənə demədim üç dəqiqə qaynat!
-Ana, axı üç yumurtadır.
***
Yoldan keçən bir padşah saçları ağappaq, saqqalı isə qapqara bir
kəndlidən soruşdu:
-Niyə başının tükü ağ, saqqalın isə qaradır?
-Çünki başım saqalımdan iyirmi il böyükdür.
***
Gözləmə otağına daxil olan tibb bacısı bildirir:
-Dokturun qəbul vaxtı saat dördə kimidir.
O daha heç kəsi qəbul etməyəcək.
Gözləyənlərdən biri narazılıqla dillənir:
-Onda zəhmət çəkib bu elanı itə də bildirin ki, ayağımı beşin yarı-
sında tutmasın.
***
Bir qoja qaça-qaça vağzala gəlir və soruçur:
302
DƏDƏ QORQUD ARAŞDIRMALARI
-Qatar çoxdan gedib?
-Yox, beş dəqiqə olar.
-Allaha çox şükür, dedim, bəs çox gecikmişəm,- deyə, qoja arxayın
olur.
***
Ermənini suya - dənizə atmax isdiyirlər. Bu zaman bir balıx başını
sudan çıxarıb yalvarır:
-Amandı, onu suya atmayın, sabah bütün balıxları yurd-yuvasından
çıxarıb deyəcək: “Bu dəniz də bizimdir ”.
***
Çox çirkin bir qadın faytona minərkən faytonçudan soruçur:
-Sizin atlar ürkək deyil ki?
Faytonçu deyir:
-Narahat olmayın, əyləşin, onlar dönüb dala baxmırlar.
***
Kəndli şəhərə gəlir və ət dükanına girib satıcıdan soruşur:
-Sizdə donuz piyi var?
Dükançı kəndlini ələ salmaq niyyəti ilə:
-Ay kişi, biz burada piy yox, axmaqları satırıq.
-Kəndli özünü itirməyib cavab verir:
-Görürəm, maşallah, alveriniz yaxşı gedir, səndən savayı dükanda
bir şey qalmayıf.
***
Oğru birinin üzümlüyünə girir. Keçir bağbanın əlinə. Bağban oğ-
rudan soruçur.
-Sən burada nə edirsən?
Oğru deyir:
-Mən gəlmişəm ki, tənəklərə dərman çiləyim.
Bağ sahibi təəccüblənir:
-Ay kişi, heş indi dərman çiləmək vaxtıdır?
-Görmürsən, mən hələ bağın üzümünü dərməmişəm?
Oğru deyir:
-Bəlkə sən ölənəcən bağının üzümünü dərməyəcəksən, məgər mən
303
Folklor örnəkləri: Ağdam folkloru
öz işimdən qalacağam?
***
Biri o birisindən soruçur:
-Elə təsvir elə ki, dənizdəsən, birdən qayığın bir tərəfi qırıldı, nə
edərsən?
-Tez o biri tərəfini də deşərəm ki, su axıb tökülsün.
***
Müəllim:
-Suda - quruda yaşayanlara aid kim misal göstərə bilər?
Şagird:
-Matroslar.
***
Oğul ataya: -Ata, yatmısan?
-Yox.
-Onda mənə 3 manat pul ver.
-Bala, yatmışam, məni narahat eləmə.
İnam və etiqadlar
Qapının dabanında oturmazlar, bu qaramatlıq əlamətidir.
Təndirə kündə yapanda gərək yanında oğlan uşağı durmasın, yox-
sa kündələr küt gedər.
Şər vaxtı adama qarğış eləməzlər, o vaxt elənən qarğış adamı tez
tutar.
Adna axşamı hana toxumazlar, həmin axşam pərilər su daşıyırlar,
iplər ayağına dolaşıb onları yıxar.
Atasına oxşayan qız xoşbəxt olar.
Atı satanda yüyənlə yəhərini verməzlər.
Qabında xörək saxlayanın nişanlısı çirkin olar.
Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar.
Axır çərşənbə gecəsində pis danışmaq, kefsiz olmaq, nalayiq
hərəkət etmək olmaz. Deyirlər ki, insanın çərşənbə axşamı hər əməli,
304
DƏDƏ QORQUD ARAŞDIRMALARI
istəyi, fikri, davranışı təzələnir.
Axır çərşənbə gecəsində təbiətdə hər nə varsa, hamısı təzələnir-
deyərlər.
İlin payız fəsli, yazın əvvəlki ayları yağmurlu keçərsə, - deyərlər
məhsul bol olacaq.
Odun üstünə su tökməzlər, od sönsə, ocaq sönər.
Səpin vaxtı buğda qovursan məhsul az, yarma bişirsən bol olar.
Gejə vaxtı qonşuya qatıx, un, duz, pul verməzlər, yoxsa evin
bərəkəti gedər.
Dilinə düyün düşəndə yanımdakı adamı üç dəfə deməlisən: “dilimə
düyün düşüb”. Yanındakı da sənə üç dəfə təkrar eləməlidir: “Tüpür
yerə,düşsün!”. Onda düyün dilindən düşər.
Ocaxda gülün titrəməsini görsələr, od xeyrə oynayır,-- deyərlər.
Dağdağan ağacını kəsmək xeyir verməz.
Əldə qayçı oynadanda dava düşər.
Nişan üzüyünü girov qoymazlar.
Ərə verilən qızı ocağın başına dolandırıb: “Qoy odlu-ocaxlı ol-
sun!” - deyərlər.
Vəfat etmiş əziz adamdan söhbət düşən vaxtı yanındakılar-
dan kimsə qəflətən asqırsa, onun paltarının ətəyindən üç dəfə dartıb
deməlisən: “Bizimsən, bizimsən, bizimsən!”
Körpəni güzgü qabağına tutmazlar, yoxsa uşaq güzgüyə baxsa, gec
dil çar.
Bıçax yerə ağzı üstə düşəndə “ət kəsmək istəyir,” – deyərlər.
Uşaq gec dil açanda axura saman töküb at yüyənini uşağın boynu-
na keçirib, sonra onu axura aparıb deyirlər: “Adamsan adam ol, hey-
vansan heyvan ol, ye bu samanı!” Belə edilsə, uşaq dil açar. Soğan və
sarımsaq qabığını oda atmazlar, yoxsa qış soyuq olar.
Xalı çox olan adamın qəbri işixlı olar, deyərlər.
Ölən adamın hər xalı bir ulduza dönər.
Qaranquş civildəyərsə, qış tez gələcək.
Payızda toz ağacının yarpaxları yuxarıdan saralsa, o biri yaz tez
gələjək, aşağıdakı saralsa, gej.
305
Folklor örnəkləri: Ağdam folkloru
Qəbirstanlığın başına dolanmazlar.
Şər vaxtı ev, həyət süpürməzlər, kasıblıx olar, - deyirlər.
Məhrum adamın keçmiş hərəkətlərindən danışanda “iraq
indisindən,” - deyərlər.
Şər vaxtı yerə qaynar su tökməzlər.
Söylədi: Ağdam rayonu Ağdamkənd kənd sakini, 1931-cı il təvəllüdlü
Əliyeva Müzəyyəm İskəndər qızı.
Qarğışlar
Gözünü ilan tas-tas eləsin işıxlıya həsrət qal.
Allah-taala ağlını alsın, qal ağ, göy, qırmızı deyə-deyə.
Günün qara olsun!
Başın yerdə qalsın!
Səni görüm gorbagor olasan.
Səni görüm elə dərdə düşəsən ki, dərdinə dəva tapılmasın.
Azar gözündən alsın!
Səni hal aparsan!
Səni yer gizləsin!
Gözünə mıx batsın!
Səni qara geyin, göyə çalxan!
Səni tey-tey ol, əllərdə get!
Səni mimar qal.
Səni görüm hal qulaxlarından tutsun bir aşağı çəksin, bir yuxarı
çəksin.
Səni diri-diri doğran.
Səni od itirsin.
Gününü Allah qara qoysun!
Yediyin burnunun iki deşiyindən gəlsin, piltə-piltə tökülsün.
Adın qara mərmərlərə yazılsın!
306
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səsin qara yerdən gəlsin!
Səni görüm elə it-bata düş ki, izin-tozun da ələ gəlməsin!
Səni görüm həmişə əlin quru yerə dəysin.
Səni qanına qəltan ol, get dərədə mundar ol.
Azar ürəyini para-para eləsin!
Səni acından köpük quş, it kimi gəbər!
Niyyətin öz başını yesin, pisniyyət başın yerdə qalsın.
Səni nə qədər bilirsən, o qədər də bəla çəkən görüm!.
Yediyin gözünə dursun, səni mimar
1
eləsin.
Səni heç tutduğun işdən yarıma
2
.
Səni görüm qələmə ağacı kimi dik quru, dərdinə dəva tapılmasın!
Səni görüm el içində böüzm
3
ol.
Səni görüm əlin əllərə çatmasın, ahun, fəğanın əskik olmasın!
Anadan əmdiyin süd haramın olsun, burnundan gəlsin, səni kor
eləsin!
Səni görüm diri-diri qurdalayıb inilən!
Alqışlar
Allah qardaşlarının canın sağ eləsin, gözünə çırax eləsin!
Süfrəniz açıx, üzünüz ağ, kefiniz kök olsun!
Qazancın ana südü kimi halal olsun!
Sizi görüm qoşa qarıyın, can deyin, can eşidin!
Allah fəryadına çatsın, səni muradına yetirsin!
Xudayə Xudavəndi Kərim Allah kölgənizi üstümüzdən əskik elə-
məsin, sizi min qol, min budax eləsin!
İşıgınız gur, eviniz abad, kefiniz kök, damağınız çağ olsun!
Əli belini qurşasın, dadına yetsin, səni naümüd qoymasın!
1.
Kor
2.
Xəcalətli
3.
Xeyir görmə.
307
Folklor örnəkləri: Ağdam folkloru
Eviniz axarlı-baxarlı, gəlimli-gedimli, qonaxlı-qaralı olsun!
Həmişə xoş sədanız gəlib könülləri şad eləsin!
Yolunuz işıqlı, səfəriniz uğurlu, könlünüz xoş olsun!
Yastığınız yüngül, qəmdən, azardan, dərddən uzax olasınız!
Allah işinizi həmişə rast salsın!
Rastınıza həmişə yaxşı çıxsın!
Allah üzünüzü ağ eləsin!
Söylədi: Ağdam rayonu Ağdamkənd kənd sakini, 1940-cı il təvəllüdlü
Novruzova Minayə Novruz qızı. Hazırda Ağdamın Quzanlı kəndində yaşayır.
308
DƏDƏ QORQUD ARAŞDIRMALARI
K İ TA B I N İ Ç İ N D Ə K İ L Ə R
Redaktordan (R.Qafarlı)
3
Folklor, Mifologiya, Etnoqrafiya
Ramazan Qafarlı. İç Oğuzla Dış (Daş) Oğuzun
savaşının səbəbi
9
Pərixanım Soltanqızı. Y.İmrənin yaradıcılığında
xalq sufizmi
26
Xoşbəxt Əliyeva. C.Rumi yaradıcılığında folklor
ənənələri
55
Gülnar Əkbərova. Epik ənənədə möcüzəli doğuş
motivinin irfani mahiyyəti
81
Leyla Hüseyinova. Qəhrəmanlıq dastanında sədaqətli
at obrazı
88
Onomastika, Dialektologiya, Etimologiya
Əzizxan Tanrıverdi. “Dədə Qorqud kitabı”nda
at adları
96
Aynurə Əliyeva. Orxon-Yenisey abidələrində işlənmiş
onomastik vahidlər
119
Bəhram Məmmədov. Orxon-Yenisey yazılı
abidələri və dialektlərimiz
167
Əlvan Cəfərov. Orxon-Yenisey yazılı abidələrinin lüğət
tərkibində köməkçi nitq hissələri
196
Pedaqogika, Fəlsəfə, Psixologiya
Mehriban Sərdarova. Orxon-Yenisey yazılı
abidələrində vətənpərvərlik tərbiyəsi
216
309
Mündəricat
Səlimə Məmmədova. Orxon-Yenisey türk yazılı abidələrində
davranış tərbiyəsi
241
Tərlan Əsgərova. Orxon-Yenisey yazılı abidələrində
mənəvi tərbiyə məsələri
263
Roza Qələndərova. XIX əsrin II yarısında Qərbi Azərbaycan
pedaqoji fikrinin görkəmli nümayəndələri
281
Folklor örnəkləri
Ağdamda belə söyləyirlər
289
Bayatılar
289
Tapmacalar
293
Laylalar
296
Atalar sözü və məsəllər
296
Lətifələr
300
İnam və etiqadlar
303
Qarğışlar
305
Alqışlar
306
DƏDƏ QORQUD ARAŞDIRMALARI
1-ci kitab
«Qafqaz+» MMC-də hazırlanmışdır.
Bədii dizayneri
Xəyyam Əliyev
Texniki redaktorları
Ramin Abduxalıqov,
Ləman Qafarova
Çapa imzalanmış 27.11.2012. Kağız formatı 84x108 1/32.
Həcmi 25,31. Tirajı 300. Sifariş 031.
Qiyməti müqavilə ilə.
Nəşrə məsul: prof. Ramazan Qafarlı
Kitab ADPU-nun mətbəəsində
hazır diapozitivlərdən çap edilmişdir.
Dostları ilə paylaş: |