D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə283/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   279   280   281   282   283   284   285   286   ...   290
Roza Qələndərova,
magistr
XIX ƏSRİN II YARISINDA QƏRBİ AZƏRBAYCAN 
PEDAQOJİ FİKRİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ


282
DƏDƏ QORQUD ARAŞDIRMALARI
baycan  maarifpərvərləri  təbii  ki,  bu  məsələlərin  həlli  yolları-
nı  da  düşünürdülər.  Onlar  xalqı  maarifləndirməyin  qabaqcıl 
vasitəsi olan dil, mədəniyyət, ideologiya, din və s. keyfıyyətləri 
özündə ehtiva edən milli tərbiyə amillərinin tətbiqi və yayılma-
sı yolunda da əzmkarlıq nümayiş etdirirdilər.
Bu  dövrdə  Azərbaycanın  əzəli  bölgələrindən  biri  olan 
İrəvan vilayəti və onun paytaxtı İrəvan şəhərində, eləcə də ətraf 
bölgələrdə - Vedibasarda, Uluxanlıda qabaqcıl ictimai pedaqoji 
fikir xeyli irəliləmiş, milli tərəqqi ideyaları təşəkkül tapmış, xal-
qın demokratik maariflənməsi yolunun başlıca meyarları olan 
xəlqilik, demokratizm, humanizm, ümumbəşərilik, dünyəvilik, 
ana dili uğrunda mübarizə səyi artmış, milli  mücadilə əzmi öz 
fəal dairəsini  daha  da genişləndirmişdir. 
Irəvan maarifpərvərlərinin milli tərəqqi ideyalarına istinad 
etməyin ən yüksək nümunəsi, əlbəttə, təlim-tərbiyə prosesində, 
məktəb həyatında daha çox cərəyan edir.
Burada  fəaliyyət  göstərərək  İrəvan  pedaqoji  fikir  tarixi-
ni zənginləşdirən Mirzə Ələkbər Elxanov 1828-ci ildə İrəvan 
şəhəri  yaxınlığındakı Uluxanlı kəndində anadan olmuş, İrəvan 
şəhərində  baş  məscid  nəzdindəki  ruhani  məktəbini  bitirib, 
sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasın-
da  imtahan  verərək Azərbaycan  dili  müəllimi  adını  almışdır. 
M.Ə.El¬xanov XIX əsrin ortalarında Tiflisdə (Azərbaycanda və 
Ermənistanda gimnaziya olmadığından və Tiflis Zaqafqaziyanın 
inzibati mərkəzi olduğundan o, bu hüquqa malik idi) imtahan 
yolu ilə rəsmi müəllimlik hüququ alan ilk azərbaycanlılardandır.
M.Ə.Elxanov  1856-cı  ildən  ömrünün  sonunadək  (30 
ilə  qədər)  İrəvandakı  dövlət  məktəblərində  (əvvəlcə  qəza 
məktəbində, sonra progimnaziya və gimnaziyada) Azərbaycan 
dilindən dərs demişdir (vəfatından sonra onun yerinə gələcəyin 
görkəmli pedaqoqu və maarifçisi Firudinbəy Köçərli təyin edil-
mişdir). 


283

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin