DƏDƏ QORQUD ARAŞDIRMALARI çatdırılmasına imkan verməmişdir. «Sərəncamlar»ın növbəti
sayında M.Ə.Elxanovun 1885-ci il martın 31-də vəfat etdiyi
xəbər verilirdi.
Firudin bəy Köçərli ədəbiyyat tariximizin ilk tədqiqatçısı,
müəllim hazırlığının təşkilatçılarından, Azərbaycanda uşaq
ədəbiyyatı banilərindən, dövrün bütün ədəbi-pedaqoji və ic-
timai-siyasi məsələlərinə öz münasibətini bildirən hərtərəfli
şəxsiyyətdir . Onun, eyni zamanda Qərbi Azərbaycan
maarifinin,pedaqoji fikrinin inkişafında da mühüm xidmətləri
olmuşdur. Firudin bəy Köçərli ömrünün 10 ilini məhz İrəvan
ədəbi mühitinə sərf etmişdir (1885-1895).
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dol-
ğun keçdiyini təsdiq edir: “1885-ci ilin iyun ayında Köçərli
İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin
olunur. Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o,
demək olar ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “ti-
tulyar sovetnik”, “ştatski sovetnik” kimi rütbələr verilir.
“Kavkazskiy kalendar” məcmuəsinin 1892-ci il 223-
cü səhifəsində göstərilir ki, Firudin bəy Köçərli İrəvan gim-
naziyasında Azərbaycan bölməsinin müdiri, eyni zamanda
Azərbaycan dili müəllimi işləmişdir.
Kavkazskiy kalendar”ın 1894-cü il məcmuəsində Firudin
bəy Köçərlinin fəaliyyəti bir az da geniş şəkildə təqdim olunur.
Belə ki, bu böyük maarif xadimi gimnaziyada həm müsəlman
şöbəsinin müdiri, həm də Azərbaycan dili müəllimi, həm də
gimnaziyanın tərkibində pansionun müdiri olduğu göstərilir
(səh.247-248).
“Kavkazskiy kalendar”ın 1895-ci il nəşrində Firudin bəy
Köçərlinin vəzifələrinin eynilə saxlandığı qeyd olunur: həm
gimnaziyada müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili
müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri.
Bu, Firudin bəy Köçərlinin İrəvanda işlədiyi sonuncu il olur.