D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə288/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   282   283   284   285   286   287   288   289   290
Pedaqogika, Fəlsəfə, Psixologiya
1906-cı ilin payızında İ.B.Muğanlinski və C.Məmmədovun 
pansionunda 19 nəfər uşaq yaşayırdı ki, bunlardan on biri İrəvan-
dan,  səkkizi  Naxçıvandan  idi.  Gələcəyin  dünya  şöhrətli  alimi, 
akademik  Mustafa  bəy  Topçubaşov,  qardaşı  Mehdi  Topçuba-
şov, Mir-məmməd Miryəhyayev, Əziz Şərif, İbrahim və Fərman 
Kəngərlilər və başqaları həmin dövrdə pansionatda qalan uşaq-
lardan idi. Görün-düyü kimi İrəvan Müəllimlər Seminariyasının 
məzunu İ.B.Muğanlinskinin açdığı bu pansionat Azərbaycan el-
minin, maarifinin inkişafında az rol oynamamışdır.
Bir neçə il pansionata müdirlik edən İbadulla bəy 1912-ci ildə 
İrəvanda məşhur olan bu maarif ocağını dostu, seminariyada eyni 
buraxılışın məzunu olan Fars Abbasın oğlu Cabbar Məmmədova 
tapşırır və birdəfəlik İrana köçür.
Beləliklə,  Qərbi Azərbaycan    maarifpərvərlərinin  pedaqoji-
metodik fikrinin təsiri tam bir pedaqoji sistem yaratmış, qabaq-
cıl  ideyaların  yayılması  yolunda  praktik  fəaliyyət  üçün  geniş 
meydan açmışdır. Göstərilən dövrdə həyata keçirilən təhsil milli 
maarifçiliyin təşəkkülünə yeni zəmin yaratmışdır.  İrəvan ziyalı 
dəstəsinin böyük bir dövrünün məhz İrəvan təhsilinə, burda çalı-
şan pedaqoqlara daha həssas yanaşıldığı dövrdür.
Ədəbiyyat
1.Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı: Maa-
rif, 2000, 370 s.
2.Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı, 2008, 730 s. 
3.Zeynalov  Ə.  İrəvan  məktəbləri.  Bakı,  “Mütərcim”,  2011, 
56 s. 
4.Ziyəddin Məhərrəmov. İrəvanda Məktəbdarlıq və Maarifçi-
lik. Bakı-2010,322 s.
5.Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə. II cild. Bakı, 1960


288

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin