16
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qanad artıq işığa və göylə yerin birliyinə (Göy tanrı və Ana torpa-
ğa) inamdan üz döndərmək istəyir. Diqqət etdikdə, müharibənin
toxumlarının içəridən səpildiyi aydınlaşır. Qardaş qırğınına səbəb
dədə-baba adətlərinin pozulması göstərilsə də, tamamilə özgə
zəmin üzərində baş verir. Doğrudür, boyun əvvəlində ozanlar qar-
şıdurmanın toxumlarının Qazanın evinin talan edilməsi törənində
Dış oğuzluların iştirak etməməsi ilə səpildiyini bildirirlər və epo-
sa həsr olunan əksər tədqiqat əsərlərində Qazanın qoyduğu yeni
ənənənin böyük əhəmiyyətindən, qeyri-adiliyindən bəhs açırlar.
Əslində isə «evin talanması»nda heç bir qeyri-adilik yoxdur və
Bayandır xanın idarəçiliyində sınaqdan çıxarılmış elin ildə bir
kərə məclis düzənləməsi, bəylərin orada gördüyü işlərə görə yer
və pay alması adətini daha qədimlərdə tətbiq edilən «evi yağma-
latma» ilə əvəzləmək ancaq uğursuzluq gətirir, Qalın oğuzun birli-
yini laxladır. Bu, daha mütəşəkkil dünyagörüşündən üz döndərib
primitiv, daha doğrusu, barbar inama qayıtmaq meyli idi. Təzə ti-
kilmiş sarayın taxtalarını köhnə mıxla pərçimləməyə bənzəyirdi.
Müqayisə edək: Bayandır xan ildə bir dəfə qalın oğuz bəylərini
məclisinə çağırırdı. Burada hərənin öz yeri vardı və o yeri öz işi
və əməli ilə qazanmışdı. «Uluş qoca oğlu Səyrək boyu»nda bir
epizoda diqqət yetirək: «Xanım, yenə Əyrək bəyləri qoyub yu-
xarı başa keçəndə Tərsuzamış deyilən bir oquz igidi dedi: «Ay
Uşun qocanın oğlu, bu oturan bəylər hər biri oturduğu yeri qı-
lıncı ilə, çörəyi ilə alıblar. Əyə, sən başmı kəsdin, qanmı tökdün,
acmı doydurdun, yalın adammı geyindirdin?» (Kitabi-Dədə Qor-
qud, s. 208). Oğuz elində ad-san qazanmaq üçün iki şərt vacib
sayılırdı: torpağı yadlardan qorumağı bacarmaq və kimsəsizlərə,
köməksizlərə əl tutmaq.
Burada Əyrək, ilk növbədə, ona etiraz etməli idi ki,
Tərsuzamış onun adını çəkmirdi, hərəkətlərinə Uşun qocaya
görə göz yumulduğunu bildirirdi. İkincisi, məhz Bayandır xanın