D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə20/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   16   17   18   19   20   21   22   23   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da içilən andı pozanın cəzalandırılması (Bamsı Beyrək əsirlikdə 
bakirə bəy qızı qarşısında and içir ki, əgər gəlib səni halallıqla 
almasam, qılıncıma doğranım, oxuma sancılım, torpaq yarılsın, 
içinə girim… lakin o, andına əməl etmir. Buna görə də tanrının 
qəzəbinə  gəlib  cəzalandırılır,  andında  dediyi  şəkildə  öz  elinin 
qılıncı ilə doğranır) motivinin nəticə hissəsi də sonuncu boyun 
içərisində əridilmişdir, daha doğrusu, ictimai don geyindirilərək 
təqdim edilmişdi.
Dədə  Qorqudun  dərslərini,  tövsiyələrini  və  vəsiyyətini 
bu  gün  də,  sabah  da  sırğa  edib  qulaqlardan  asmalıyıq.  Yoxsa 
içimizdən  yeyiləcək,  parçalana-parçalana,  bölgələşə-bölgələşə 
torpaqlarımızı ata-babalarımızın qəbri ilə birlikdə düşmən tapda-
ğına çevirəcəyik. Ulu əcdad yaxşı bilirdi ki, dünya malı qardaşı 
qardaşa qarşı qoymağa qadirdir, ona görə də soydaşlarını inam-
dan dönməməyə – kökdən ayrılıb uzaq düşməməyə çağırırdı:
Allah səni namərdə möhtac etməsin!
Əvvəl - axır uzun ömrün sonu ölümdür!
Ölüm gəldikdə 
Allah sizi təmiz inamdan ayırmasın!


25

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin