Folklor, Mifologiya, Etnoqrafiya Və Qılbaş incikliyi aradan qaldırmaq əvəzinə bir qədər
də dərinləşdirir, sanki iki qardaş tayfa arasında nifaq salmaq
tədbirlərini məharətlə həyata keçirir. Əvvəl hiylə işlədərək (yalan
danışaraq) Alp Aruzu Qazanın yardıma çağırdığını bildirir. Guya
onun evini kafirlər çapıb-talamışlar, qız-gəlinləri əsir aparmışlar.
Bunun hiylə olduğunu duyduğu üçün Alp Aruz sərt cavab verir:
«Biz Qazana düşmənik!» İlk baxışda bacısı oğlunun dar ayaq-
da ondan kömək istəməsini etirazla qarşılaması təəccüb doğurur.
Lakin Alp Aruz Qazanı hamıdan yaxşı tanıyırdı. O, anlayırdı ki,
başında bəla olanda belə heç kəsdən kömək ummayıb təkbaşına
həll edən Qazan onu ələ salırdı? Bir tərəfdən pay bölüşdürəndə
saya salmayıb, o biri tərəfdən də taxt-taca sahib duran kimi Oğu-
zun ən müqəddəs adətlərinə arxa çevirirdi – elini, gününü düşmən
əlinə verib imdad diləyirdi. Bax, bu idi Alp Aruzu qəzəbləndirən
və Qılbaşa sərt cavab verməyə vadar edən.
Hadisələrin gedişində Qılbaşın qızışdırıcılıq rolunu
təsdiqləyən bir epizodu görməmək mümkün deyil. Bamsı
Beyrəyin ölümündən sonra otağına çəkilib divana çıxmayan Qa-
zanı qardaşı Qaragünə əvvəl oyatmağa cəsarət etmir. «Bəglər
yığıldı, divana gəldi. Qazanın qardaşı Qaragünə aydır: «Qılbaş,
var, ayıt, ağam Qazan gəlsün-çıqsun, bir yigid sənin ucından ara-
mızdan əksildi. Həm vəsiyyət eyləmiş, «Mənim qanım qoyma-
yasan, alasan» demiş. Varalım, düşməni haqlıyalüm, di!» – dedi.
Qılbaş aydır: «Sən qarındaşısan, sən var!» – dedi. Əlhasil, ikisi
bilə vardılar. Qazanın odasına girdilər.” (Kitabi-Dədə Qorqud, s.
125-126).
Maraqlıdır, Alp Aruzun yanına getməyə sözsüz hazır ol-
duğunu nümayiş etdirən Qılbaş burada Qaragünəyə etirazını
bildirir. Bəhanəsi də o olur ki, sən qardaşısan, özün get. Sual
doğur: bəs nə səbəbə Qılbaş dayı – bacı oğlu arasında qarşıdur-
manın toxumları səpiləndə indikindən də ağır işə Qaragünənin