DƏDƏ QORQUD ARAŞDIRMALARI qarışmasını istəmirdi? Ona görə ki, düşmənçiliyin toxumunu
özü səpmişdi, onda üstünə su töküb kök atdırmaq lazım gəlirdi.
Qaragünə təsadüfi olaraq «bir yigid sənin ucından aramızdan
əksildi» ittihamını irəli sürmür. Çünki onun Beyrəyin ölümündə
ağası Qazanı günahlandırmağa mənəvi haqqı çatmırdı (böyük
qardaş atanı əvəzləyirdi). Məhz Qılbaşın üzünə demək istəyirdi
ki, aranı qızışdırıb Beyrəyin ölümünə bais olduğun işi axıra çat-
dır. Qaragünənin acı istehzasını duyduğundan Qılbaş da etirazını
bildirib «qarındaşısan, sən var!» deyir. Ən acınacaqlısı o idi ki,
Qılbaş bir el arasında düşmənçilik toxumu səpmək funksiyası-
nı yerinə yetirib yoxa çıxır. O, sanki aşağı qaranlıq qara aləmin
funksiyasını yerinə yetirir. Ozanlar süjetdə məsələni elə incəliklə
vermişlər ki, heç kəs Qılbaşa bəraət qazandıra bilməz. Sonuncu
döyüşdə Dış oğuzun bəyləri İç oğuzdan özlərinə tay olan igidlə
qarşı-qaşıya gəlib vuruşurlar: