DƏDƏ QORQUD ARAŞDIRMALARI böyüyü hündür qaya üzərində yazılmış bir abidədir. Sayı 20 olan
bu yazılı mənbələr əsasən məişət məzmunlu etnoqrafik yazılardır.
V. Şərqi Türküstanda tapılan yazılı abidələr – bunlardan
bir qismi kağız üzərində yazılmış Toyok abidəsi, Turfan yazı-
lı sənədləri (sehrkarlıq məzmunu daşıyırlar), Irk bitik abidəsi
(Falnamə və s.), bir qismi müxtəlif tipli qab əşyalar üzərində
əksini tapmışdır (divar yazıları, güzgü üzərində yazı).
VI. Şimali Qırğızıstan və Qazaxıstan yazılı abidələri - on-
ların sayı 28-dir, müxtəlif əşyalar üzərində – daş, çubuq, kiçik
heykəl, üzük, qolbaq, gümüş, qab, güzgü, qızıl quş fiquru, möhür,
qaya üzərində yazılmışlar.
VII. Fərqanə, Ala və Şimali Toxarıstanda tapılan yazılı
abidələr – sayı 18 olan bu abidələr kuzə, bürünc üzük, kaşı qab,
dəri, daş lövhələr üzərində həkk olunmuşlar. Ən qədim nümunəsi
olan Muğ dağında Soğdada tapılmış dəri üzərindəki yazılı
abidə eramızdan əvvəl III-II əsrlərə aid edilir, bu sənəd oxuna
bilməmişdir.
VIII. Şərqi Avropada tapılan yazılı abidələr – bunlar Volqa-
boyunda, Dunay sahillərində, Azov gölü ətrafında, Şimali Qaf-
qazda tapılmışdır. Qızıl, gümüş, kaşı küplər, su qabı üzərində oy-
ma-cızma üsulu ilə yazılmışlar.
Orxon-Yenisey abidələri ilə yanaşı uyğur yazılı abidələri də
türk milli-mədəniyyət tarixində xüsusi yer tuturlar. Çində tapılan
bu abidələr sayca Göytürk abidələrindən çoxdur. Tarixən müxtəlif
dinlərə sitayiş edən uyğurlar oğuz-türk ittifaqına daxil olan xalq-
dır. Bu xalqın tarixi, mədəni inkişafı Göytürk mədəniyyətindən
uzaq olmamış, danışdığı dil isə ədəbi dil baxımından nəzərdən
keçirilən göytürk dilindən fərqlənməmişdir.
Uyğurlara məxsus yazılı abidələr əsasən bu türk xal-
qının mənəvi duyğularını, dini dəyərlərini və təsərrüfatını,
məşğuliyyətini, həyatını, ictimai, sosial, siyasi münasibətlərini
öyrənmək üçün dəyərli mənbələrdir. Bu yazılı abidələr Göytürk