Folklor, Mifologiya, Etnoqrafiya tün türk ədəbiyyatı mənşəindən bu günə qədər ondan daha böyük
bir mütəssəvif şair yetirə bilməmişdir” (F.Köprülü). “Yunus İmrə
milli dühadır”, “möhtəşəmdir”.
“Eşqin ülviliyi və sirr dolu mahiyyətindən danışan dərviş Yu-
nus gözləri həmişə mənəvi aləmin dərinliklərinə dikili olduğu-
na görədir ki, hətta təbiət lövhələrindən bəhs eləyən zaman bu
lövhələri vicdani rənglərlə boyayır. Onlara əxlaqi, hikmətamiz bir
məzmun verir. Hər biri min naz ilə həqqi vəsf eyləyən çiçəklərdən
Tanrının ətrini alan Yunus ilahi eşqin qüdrətli tərənnümçüsüdür”
(Cəlal Bəydili (Məmmədov).
“Divan”ında ali hisslərdən danışan şairin eşq fəlsəfəsinə görə
eşqsiz insan həyatda yoxdur. Əgər bir şeyə sevgisi olarsa, o, aşiq-
dir. Aşiqdirsə demək o, həyatda var, yaşayır.
Eşqsüz adəm dünyədə bəllü bilin ki, yoqdur, Hər birisi bir nəsnəyə sevgisi var, aşiqdür. Böyük Nizami demişdir:
Eşqsiz bir adam bir neydir – qırıq, Yüz canı olsa da ölüdür artıq. Tanrının evində olan yüz bir bəzəkli sevgidən şair aşiqə
könlünə yaxın olanını, layiq bildiyini seçməyi məsləhət görür:
Çələbün dünyəsində yüz bin dürlü sevgi var, Qəbul et kəndözünə, gör qanğısı layiqdür. “Ancaq eşqlə könülləri fəth etmək olar”, “Əgər eşqi sevərsən,
can olasın, könüllər təxtinə sultan olasın”- deyən, şair varlığın
özünə bağlanmağın fəlsəfi dərkindən keçir. Yerin, göyün, bü-