Folklor, Mifologiya, Etnoqrafiya laqlardan suların axmasına yol verir. Təəssüf ki, bu böyük türk
şairi məhəbbət mövzusunda süjetli bir əsər yaratmayıb. Bu da
şübhəsiz ki, onun ömrü boyu keçirdiyi dərvişlik-səyyah həyatı ilə
bağlı olub.
Onu da qeyd edək ki, Yunus İmrənin eşq nəğmələrində bir
ziddiyyət var. O bir tərəfdən elmlə, ağılla bu sirrə heç kimin
vaqif ola bilmədiyini, eşqin elmə, kitaba sığmadığını, “Elm ilə,
hikmət ilə kimsə irməz bu sirrə”, “Bu bir əcaib sirdir elmə, kitaba
sığmaz” - deyirsə, digər tərəfdən aşiqləri eşq elmindən xəbərdar
edir: “Eşq elmün xəbərin desəm eşidərmisin? Yoldaş olub ol yola
sən belə gedərmisin?” və ya “Səni sevəli dost üzüm nura boyan-
dı” söyləyir. Başqa bir şeirində “O eldə ay, gün olmaz, ay gedilib
tutulmaz,” - deyir. “Eşq olan can qüssəsiz olmaz”. Digər tərəfdən
eşqə düşəndən aşiqin qəmini, kədərini, qüssəsini gülüş əvəz edir.
Aşiq sevinir, şadlanır, gülür, danışır:
Ol canda ki, eşq ola, onda qüssə olmaya, Bu eşq bana gələndən qüssəm getdi güldüm bən” - və s.
Belə xeyli nümunələr göstərmək olar. Ancaq bütün bun-
lar Yunus İmrə şeirlərinə xələl gətirmir. Hər bir söz öz yerində
bərqərardır.
Dövrünün elmlərini kamil mənimsəyən Yunis İmrə elmi
ədəbiyyatdan məlum olduğu kimi şeirlərində hədislərdən,
sufilərin sözlərindən, peyğəmbərlərin, ərənlərin qissələrindən,
əsatir varlıqlardan bəhs edir:
Ərənlər bir dənizdür, aşiq gərək talası, Bəhri gərək dənizdən girüb göhər alası. Genə biz bəhri olduq, dənizdən göhər aldüq, Sərraf gərək göhərin qiymətini biləsi,