Folklor, Mifologiya, Etnoqrafiya belə kara gəlmir. Aşiqin könlü, canı yalnız əqli ilə birgə qərar ve-
rir. Eşq, əql, elm, əgər onlar arasında paralellər aparılsa qalibiyyət
eşqindir. Bu Nizamiyə, Yunis İmrəyə, Nəsimiyə, Füzuliyə görə
də belədir.
Aşiqlərin hər bir halından ancaq aşiqlər anlar. Eşqin bəlasını
ancaq onu yaşayanlar bilər.
Xaqani, hər kəsin payı deyil eşq, Olmaz nakəslərdə ondan nişana!. Aşiqlik dünyasına qədəm qoymayan insan Ürəyinə gözündən axıtmamışdır al qan. Hər kəsə ki vurmayıb qəm oxunu məhəbbət. O, eşqin əhvalını biləcəkdir haradan? Ürəklərinə “qəm oxu” vurulan yuxarıda adları çəkilən
mütəfəkkirlərin yaradıcılığında sufi görüşlərə baxmayaraq onla-
rın şeirlərində, qəzəllərində yaşanmış hisslərin, duyğuların ifadəsi
var. Hətta bu hisslər, duyğular ölməz Nəsimidə də özünü göstərir.
Yunis İmrə də bundan istisna deyil.
İki cahan zindan isə gərək bana büstan ola, Ayruq bana nə ğəm-ğüssə, çün inayət dostdan ola. Eşq yoxsa, əql?! - Yunus İmrə yazır:
Ey dost, səni sevəndən əqlim getdi, qaldım bən.
İrmaqları seyr edib dənizlərə taldım bən. Könlüm, canım, əqlim, bilim, sənin ilə qərar verər: Əvvəl dəxi bu əqli can sənin ilə əsli məkan Axır yenə sənsin məkan üz vuraram səndən yana.