DƏDƏ QORQUD ARAŞDIRMALARI Eşq sevgidir, eşq həyatdır, eşq ölümdür! Eşq elə bir hiss,
duyğudur ki, o bizimlə birgə doğulur. Bu eşq öncə yaradana,
ilahi varlığa, “Tanrı”yadır. Sonra da onun yaratdıqlarına. Eşqlə
doğulub, eşqlə də bu dünyadan köçürük. Eşq onda gözəldir ki,
əzabsız, iztirabsız, şərbəti acı yox, şirin olur. Bu halda aşiqlik
xoşbəxtlikdir. Böyük Nizami təsadüfi deməmişdir: “Eşqsiz bu
dünya soyuq məzardır, Yalnız eşq evində rahatlıq vardır”.
Aşiqliyin də tipləri var. Aşıq var (Məcnun) Füzuli eşqi yaşa-
yır, çəkdiyi əzablardan, iztirablardan yorulmaq, usanmaq bilmir,
əksinə: “Olduqca mən əl götürməm bəladan iradətim”, “Gəldikcə
dərdinə betər et mübtəla məni?!...” Tanrıdan diləyir. Aşiq də var
Nigarı ilə xoşbəxtdir. Eşqin bəlalarından uzaqdır. Onu üzən yal-
nız Nigarının nazü-qəmzəsidir. Hicrandır. Yunus İmrədə hər iki
aşiqlik var.
Yenə seyr eylədi könlüm dostun cəmalın arzular, Hicrə qatlanmaz könül, dostun camalın arzular. Yunus İmrənin bir eşq fəlsəfəsi var. Bu fəlsəfəyə görə də dün-
yanın dayaq nöqtəsi eşqdir. Bütün kainat onun ətrafında fırlanır.
Ondan can alır. Onun üzərində dayanır, hər bir dərdin dərmanı
yalnız eşqdir:
Sevərsən dünyəyi möhnət bulasın, Ərənlər sirrini qaçan tuyasın . Yunus İmrə sufi şairdi. Onun “Divan”ına daxil olmuş
şeirlərinin böyük əksəriyyəti aşiqliyin, eşqin təntənəsidir.
Eşq şərqiləridir.. Bu nəğmələr insan şəxsiyyətini ucaldır. Ali
səviyyəyə çatdırır.
Aşiqlik yolu elə bir karvandır ki, bu yolda əql də, iradə də