Folklor, Mifologiya, Etnoqrafiya
Nə qədər yer üzərində aşiqlik var, eşq var, sevda var,Yunus İmrə
də var.
Şeyx Əziz Mahmud Xudayi demişdir: “Mənəvi mərtəbələrin
hansına yetdimsə,bu türkmən dərvişi Yunusu önümdə gördüm”
Ömrü boyu həqiqəti axtaran Yunus İmrə onu Yaradanda və
yaratdıqlarında, cəvahiratda - yaqutda, almazda, təbiətdə, yolda,
izdə, torpaqda, odda, dənizdə, suda, dində, namazda, yer üzərində
hər nə varsa onda izləyib. Bu axtarış məntiqi təfəkkürə söykənib,
idrakla, filosofcasına olub. Həqdən bana nəzər oldu, Həqq qapu-
sın açar oldum,Girdüm Həqqün xəzinəsinə, dürrü-göhər saçar
oldum.
Səni həqdən yığanı hər nəyisə ver gedər,
Nə bəslərsən bu təni, sində qurd-quş yer gedər.
Ölənə baq, gözün aç, dökülür saqqalü saç
İlan-çiyan gəlür aç, yeyüb-içüb sir gedər.
Həyat budur?! Həyata, ölümlərə bax, gözlərini yaxşı-yaxşı
aç, sonda qocalırsan saçın-saqqalın tökülür. Ömrün başa yetir,
torpağa qarışırsan, ac ilan-çiyanlar yeyib-içib gedəcək. Bu sirli
həyatdır?! Heç bilmədən əcəl gəlir uzun ömrün tez bitir. Qürurlu
başın, gözlərin dirənir. Hərəkətsiz qalırsan. Göy guruldayacaq,
şimşək çaxacaq, yağan yağış dağ kimi ucalan qəbrini də yuyub
aparacaq, izin qalmayacaq.
Əcəl irər, qurur baş, tiz dükənür uzun yaş
Düpdüz olur tağü taş, gög dürilür,yer gedər.
Müdrik şair nəsihət edir. Tanrı tərəfindən verilən ömrü mənalı
yaşamağın dəyərini göstərir. Sən həqdən yaranmısan, ömrü
bada vermə, yaradanın yaratdığının birinə,hər nədir fərq etməz,
|