Folklor, Mifologiya, Etnoqrafiya cəmiyyətdə tapa bilməyənlər həmişə öz içinə qapılmış, axtardığı-
nı könül dünyasında, xəyal aləmində gəzməyə başlamışlar.
Yunus həmişə görünən “mən”inin dili ilə deyil, gözə
görünməyən içəridəki “mən”inin – yəni həqiqətin və mərifətin
dili ilə danışıb, bizi də özü kimi düşünüb özü kimi hikmət dili
ilə danışmağa çağırır. Buna görə də biz ona “həqiqət və mərifət
nəğməkarı” desək onun ulular cərgəsindəki” ye rini təyin etmiş
olarıq”.
Söz haqqında, sözün gözəlliyindən söz ustadlarımız dəyərli
fikirlər söyləmiş, onun hikmətindən, yerində deyilmiş sözün
dəyərindən, faydasından, onun söz sahibinə nüfuz gətirməsindən
danışmışlar. Filosof Nizami sözə yüksək qiymət vermişdir:
Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar, Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o suda, İncitək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin, Söz qasidi hər yolu hey öz başına gedər Sözün gördüyü işi kimsə görməz bu qədər, Sözdən başqa yuxarı başda oturan yoxdur Mülkün dövləti yalnız onundur danan yoxdur.
Nizami yaradıcılığına müraciət edən Yunus İmrə söz haq-
qında da özünəməxsus hikmətli sözlər söyləmiş, onu yüksək
qiymətləndirmişdi. Yunus İmrəyə görə, sözün əslini anlayan var,
bir də anlamayan. Anlamayanlar elə bilirlər ki, sözün sahibi on-
lardı. Anlayanlar sözün qandan gəldiyini, hər kişiyə hörmət-izzət
gətirdiyini, nə ağdan-qaradan, nə də oxumaqdan, yazmaqdan de-
yil, Xaliq (Tanrı)- yaradanın avazından gəldiyini bilir. Söz var