DƏDƏ QORQUD ARAŞDIRMALARI mehriban, nəvazişli deyimli, ruhu oxşar, şad edər, söz də var yad
mənalar anladar.
Ey sözlərün əslin bilən, gəl de bu söz qandan gəlür? Söz əslini anlamayan sanur bu söz bəndən gəlür. Söz (var) qılur qayğuyu şad, söz (var) qılur bilişi yad, Əgər xorluq, əgər izzət hər kişiyə sözdən gəlür. Söz qaradan-aqdan dəgül, yazub-oxumaqdan dəgül, Bu yürüyən xəlqdən dəgül, xaliq avazından gəlür. Yunus İmrədən bir əsr sonra yaşayan böyük Füzuli də
qələmə aldığı məşhur “Söz” qəzəlində sözün fəlsəfi anlamından,
hikmətindən, dəyərindən danışır:
Bin nigari-ənbərinxətdir könüllər almağa Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz. Xəzini-gənçineyi-əsrardır, hər dəxi çəkər Risteyi-izhara min-min gövhəri-əsrar söz. Olmayan qəvvasi-bəhri-mərifət arif deyil, Kim sənət tərkibi-təndir, löləi-şəhvar söz. Gər çox istərsən, Füzuli izzətin, az et sözü Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Qəzəllərdən gətirilən nümunələrdən göründüyü kimi,
sənətkarların söz haqqında fikirləri bir-birini tamamlayır. On-
ların hər biri ayrı-ayrı əsrlərdə yaşayıb-yaratsalar da göstərilən
beytləri səsləşir. Nizamiyə, Yunus İmrəyə, Füzuliyə görə də söz
sahibi “Xaliqdir”. Hər üç sənətkar türk dünyasının şairidir. Türk
xalqı da həmişə sözün kəsərini qılıncdan üstün tutmuş və hazırda-
da tutur. Bu xətt bir tərəfdən xalq müdrikliyindən, digər tərəfdən
isə klassik ənənələrdən gəlir. Türk şairləridə özündən əvvəlki