DƏDƏ QORQUD ARAŞDIRMALARI onu yenə Tanrı yaradıb. Ona ömrünü həsr et. Canını özün üçün
bəsləmə. Bunun da faydası yoxdur. Axırda qurd-quşa yem ola-
caqsan.Həyatı,dünyanı dərk edən şair ona pislik edənləri qarğı-
mır, əksinə onlara dualar edir:
Önümcə quyu qazanı həqq taxtın ağdursun anı, Ardımca taşlar atana –güllər nisar olsun ana. Acı dirligüm istəyən tatlu dirilsün dünyada, Kim ölümüm istər isə bin yıl ömür versün ana, Hər kim dilər bən xar olam, duşman əlində yar zar olam Dostları şadü duşmanı, dostu əğyar olsun ana Miskin Yunus, bu dünyadə güldügini istəməyən, Ağladığım istəyənə -gözüm binar olsun ana. Ulu Yunusun duaları da fəlsəfidir və əxlaqi mahiyyət kəsb
edir. Məcnun da Leylini almaq üçün ona görə döyüşən qoşunlara
yox, yar tərəfin - düşmən qoşunlarına dualar edir.
Yunus İmrə mərifət şairidir,mərifət məktəbidir. Hər kəs bu
məktəbdən özünə lazım olanı götürür.
Şəriət, təriqət yoldur - gedənə Həqiqət, mərifət ondan içəri. Bəxtiyar Vahabzadə çox düzgün olaraq qeyd edir ki, “Budur
böyük türk şairi, dədələr dədəsi, müdriklər müdriki, ağsaçlı Yu-
nus İmrənin fəlsəfəsi, həyat qayəsi!”.
Həqiqəti və mərifəti həyat qayəsi seçən bu dədə şair “Bir mən
vardır, məndə məndən içən” dediyi zaman nəyi nəzərdə tuturdu?
“Mən” indən içəridə olan o “mən” nəymiş görəsən?
- Həqiqət və mərifət!
- Həqiqət və mərifəti onu əhatə edən ətraf mühitdə, yəni