D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə49/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   45   46   47   48   49   50   51   52   ...   290
Folklor, Mifologiya, Etnoqrafiya
Gəl, gəl ki, səndən özgə bu dərdün şəfası yox,
Dərdüm dəxi yox isə bu eyşün səfası yox,
Bir az ömürdə qılma bizə hicr ilə cəfa
Qılğıl vəfa ki, işbu  cahanun vəfası yox.
Bu sənətkarlardan öncə Azərbaycan şairi Xəqani Şirvani də  
dünyanın sirlərilə maraqlanmış, onu açmağa səy etmişdir. Xızıra 
suallar yağdıraraq bu sirlərdən onu agah etməsini xahiş etmişdir.
Buna  görə Xızır şairi tənbeh edərək onun maraqlarının ona - arifə 
yaraşmadığını söyləmiş, Xəqaniyə dinə, peyğəmbərə, Allaha sı-
ğınmağı tövsiyə etmişdir (“Töhfətül-iraqeyn”).Onlardan öncə isə 
hələ kainat, yer-göy yarananda, həyat təzə pərvəriş tapanda dünya-
nın sirri, həyat, ölüm məsələləri də ilk insanları düşündürmüşdür.
Uruk  şəhərinin  hökmdarı  qəhrəman  Bilqamıs  ölümlə  mübarizə 
aparmaq arzusu ilə əbədi həyat axtarışına çıxmışdı.Əbədi həyatın 
rəmzi – “gənclik çiçəyini” böyük əziyyətlərlə əldə etsə də fələyin 
min bir oyunundan biri ilanın əlilə onun əlindən bu çiçəyi alıb ar-
zusunu gözündə qoymuşdu. Tanrıların xanımı Siduri xanımın ona 
verdiyi nəsihət (dünyanın sirli,fani olması, onun ancaq tanrıların 
əlində olduğu) çox ibrətlidir:
“Sən hara can atırsan”? Gəzsən də kainatı
Heç vaxt tapa bilməzsən axtardığını...
Bilqamıs, qəm eləmə, canın sağ olsun sənin
Gecə-gündüz şənlən, kefin sağ olsun sənin
Kef elə bayram keçir, gecə-gündüz çal-çağır, 
                      nəğmə degül, oyna sən.
Yaxşı geyinib, keçin, əynin təmiz ağ olsun sənin,
Saçlarına sığal çək, qoy saçın parlaq olsun.
Uşaqların oynasın, qoy tutsun əllərindən 
Sevgilini əzizlə razı qalsın ərindən,


52

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin