D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə75/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   71   72   73   74   75   76   77   78   ...   290
Həzrəti Mövlanənin kəlamları:
1. Necə insanlar gördüm ki, əynində libası yox, nə libaslar 
gördüm ki, içində insanı yox.
2.  Pislər  öz  pisliyindən  qalmaz,  sular  isə  onların  pisliyini 


77
Folklor, Mifologiya, Etnoqrafiya
təmizləməkdən yorulmaz.
3. Tikandan gül bitirən, qışı da bahara döndərə bilər.
4. Sərv ağacını bu təravətlə göylərə ucaldan kədəri də sevincə 
çevirə bilər.
5. Gürzü özünə vur, təkəbbürünü, xudbinliyini əz, sındır.
6.  Bu  dünyaya  dikilən  gözlərin  qulağa  tıxanmış  pambığa 
bənzər.
7.  Oruc  tutmaq  çətindir,  amma  Allahın  mərhəmətindən 
məhrum qalmaqdan, bu dərdə mübtəla olmaqdan daha yaxşıdır.
8. Qabığı qırılan sədəf üçün üzülmə, çünki onun içindən inci 
çıxacaq.
9. Elm sahibsiz bir dəniz, elm istəyən isə dənizlərə dalan dal-
ğıcdır.
10. Buludlar ağlamasa, yaşıllıqlar necə gülər? 
11. Bülbül gözəl ötdüyündən qəfəsə salınar, qarğanı, ya bay-
quşu kim qəfəsdə saxlar ki?
12. Olmayanda turş  meyvə belə adama şirin gələr.
13. Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı, bu dün-
yada nə su olardı, nə də atəş.
14. İki barmağınla gözlərini qapa. Bir şey görə bilirsənmi? 
Amma sən görə bilmirsən deyə bu dünya yox deyil ki?
15.  Ey  qardaşım,  bu  dünya  iti  bir  qılınc  kimi  qarşındadır, 
tövbə və Allaha qulluq qalxanını əlindən yerə qoyma.
16.  İstər qızıl olsun, istərsə də can, istər inci olsun, istərsə 
mərcan. Nə dəyəri var, bir sevgiyə xərclənmədisə, bir sevgi yo-
lunda fəda edilmədisə.
17.  Bu dünyada yüzlərlə axmaq ətək dolusu qızıl verib şey-
tandan dərd satın alır.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin