Folklor, Mifologiya, Etnoqrafiya görürlər. Biz həqiqətən, şeytanları iman gətirməyənlərin dostu et-
dik». (6, s. 151)
Adəm əleyhissəlamın haqqında «Qurani-Kərim»də «Əraf»
surəsindəki ayədə və Mövlanənin əsərindəki hadisələr bir-birini
tamamlayır. Mövlanəyə görə, görülən işdən qisməti günahkar tut-
maq şeytana, məsuliyyəti qəbul etmək isə insana xas bir davra-
nışdır. Çünki iradənin varlığını qəbul etməyərək günahını qədərə
yükləyən ilk varlıq şeytan, insanın tutduğu əməllərdən cavabdeh
olduğunu qəbul edən ilk insan Həzrəti Adəm və Həvva olmuş-
dur. Şeytanın hiyləsinə aldanan Həzrəti Adəm və xanımı Həzrəti
Həvva onlara qadağan edilən meyvəni yedikdən sonra Allaha
belə dua etmişdilər: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik.
Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyana
uğrayanlardan olarıq!» - dedilər. Ayədən də göründüyü kimi, on-
lar səhv iş gördüklərini etiraf etmiş və tövbə ilə Haqqın rəhminə
sığınmışlar. Şeytan isə itaətsizlik edərək məsuliyyətdən boyun
qaçırmış, günahı ilahi iradəyə bağlamışdır. «Əraf» surəsində bil-
dirildiyi kimi şeytan günahı öz üstündən atmışdır.
Mövlanənin tale və iradə mövzusundakı fikirlərinin məzmunu
belədir: Gizli iradəni inkar edərək hər hadisəni Allah-Təalaya
yükləmək və üzərinə düşən məsuliyyətdən boyun qaçırmaq səhv
düşüncədir. İnsan azad iradəsi ilə yaxşını, həqiqəti və gözəllikləri
axtarmaq yolunda əlindən gələni etməli, sonra da qədərə təslim
olub təvəkkül etməlidir.
Mövlanənin əsərləri Quranın daxili mənasını açır. Əslində
onun bütün kəlamları Qurani-Kərimin ayələrinə və Həzrəti
Məhəmmədin (s. ə.) hədislərinə dayanır. Həzrəti Məhəmməd (s.
ə.) Mövlanənin misralarında belə əks olunmuşdur:
«Mən sağ olduqca Quranın bəndəsiyəm. Məhəmməd Musta-
fanın yolunun tozuyam».
«Mərhəmət qıl! Mollanın üzü gecə-gündüz ayağının tozudur,