D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə70/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   66   67   68   69   70   71   72   73   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Adəm  əleyhissəlamın  «Zülm  etdik  özümüzə»  deyib  tövbə 
etməsi; İblisin də «Adəmə səcdə etmədiyimə görə məni yolum-
dan döndərdin» deyərək Tanrıya tövbə etməməsi haqqında.
Dedi: -  Tanrı canlara, can vermiş məqsəd ilə,
Özü yaratdığını, necə tanımaz belə.
İblis: -  Adəmə, səcdə etmədim deyə,
Məni qovdun yolumdan, «Mane ollam səcdəyə».
Adəm və Həvva dedi: - «Zülm etdik özümüzə»,
Rəbbdən üz çevirmədi, Ondan alsa da cəza.
O öz günahlarını, ədəb-ərkanla yudu,
Günah etdiyi üçün, cəzaya düçar oldu.
Tövbədən sonra ona, söylədi Rəbbi belə
Bu günah özünündür, onu yu əməlinlə.
Günah mən verməmişəm, qəza göndərməmişəm,
Vaxtında tövbə etdin, əcrini də vermişəm.
Dedi: - Ondan qorxdum ki, tövbəmə yer qalmamış,
Dedi: - Tövbə etməkçin, imkan yeri də qalmış,
Kim ki, hörmət eyləsə, hörmətin xeyrin görər,
Kim də qənd hazırlasa, dadlı halva da yeyər.
Yaxşılara məxsusdur, hər vaxt yaxşı əməllər,
Dostu incitməyən kəs, şübhəsiz, xeyrin görər. (1, s. 132)
Mövlanə başqa bir hekayədə təzədən Adəm əleyhissəlamın 
rəvayətinə qayıdıb deyir:
Nitqin əgər yoxdursa, sən də yad biganəsən
Xirqəli dərviş kimi sevərsən, viranə sən.
Adəm danlaq eşidib, axıdıb göz yaşları,
Nəfəs tövbə sevəndir, kipriklər – göz-qaşları.
Adəm ağlamaq üçün üz tutdu yer üzünə,


73

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin