Folklor, Mifologiya, Etnoqrafiya ki, Mövlanə: «Mən həm aşiqəm, həm də məşuqəm, mən həm
güzgüyəm, həm gözələm, həm də gözəlliyi seyr edənəm» - deyir.
Mövlanə əsərlərinin və hekayələrinin əksəriyyətinin mənbələri
əsasən Şərq mifologiyasıdır. O, eyni zamanda peyğəmbərlər haq-
qında rəvayətlərə öz əsərlərində müraciət etmişdir. Mövlanə Nuh
peyğəmbər haqqında «Nuh əleyhissəlamın mənə üz çevirməyin
deyərək öz qövmünü hədələməsi. Mən Allahın sirr saxlayanıyam.
Xülasə, siz Allaha tərəf üzünüzü tutun, mənə tərəf yox» adlanan
fəsildə yazır:
Nuh dedi: – Ey dikbaşlar, mən indi, mən deyiləm, Mən bu xalqın canından, canlara xəbərçiyəm. Xalq canı olduğumdan, canlar üçün diriyəm, Mənim ölməyim yoxdur, dirilərdən biriyəm. Bəşəri duyğularla dünyada öldüyümçün, Haqqım gördü, eşitdi, dərk etdi için-için. Çünki mən, mən deyiləm, ondan gələn dəmlərdir. Bu dəmin qarşısında, nəfəs çəkən kafərdir. Tülki də öz işində şirə layiq, bunu bil, Lakin heç də şir kimi, şərəfə layiq deyil. Əgər onun üzünə, cüssəsinə baxsan sən, Şir tək nərə çəkməni, eşitməzsən tülküdən. Haqqından köməyini Nuh da almasa əgər, Bəs dünyanı necə o, tufanlara qərq edər. Yüz minlər ilə şirlər, onun tənində vardır, Hər iki aləm onçün, həm ucuz, həm də vardır. (1, s. 252) «Qurani-Kərim»də Nuh peyğəmbər haqqında belə yazılıb:
«Rəhman və mehriban Allahın adı ilə.
1. Biz həqiqətən, Nuha «Öz qövmünü onlara ağrılı bir əzab
gəlməsindən əvvəl xəbərdarlıq et» deyə öz qövmünə Peyğəmbər