DƏDƏ QORQUD ARAŞDIRMALARI hamınızla dolduracağam».
19. (Buyurdu): «Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə
sakin ol! Hər ikiniz istədiyiniz yerdən yeyin! Amma bu ağaca ya-
xın düşməyin! Yoxsa zülmkarlardan olarsınız».
20. Şeytan o ikisinə vəsvəsə etdi ki, örtülü qalmış övrət
yerlərini onlar üçün aşkar etsin. Şeytan dedi: «Rəbbiniz sizə bu
ağacı yalnız mələk olmamağınız və ya əbədi qalanlardan olma-
mağınız üçün qadağan etmişdir».
21. Və o ikisinə and içdi ki: «Mən doğrudan sizin xeyirxah-
larınızdanam».
22. Beləliklə, (şeytan) onları aldatdı (və uca mərtəbələrindən)
aşağı saldı. O ikisi ağacın meyvəsindən daddıqda (örtülü qalmış)
övrət yerləri göründü. Onlar cənnət yarpaqları ilə özlərini örtməyə
başladılar. Rəbbləri onlara xitab edib dedi: «Məgər mən sizə bu
ağacı yasaq qılmamışdımmı? Məgər deməmişdim ki, şeytan sizin
üçün aşkar düşməndir?»
23. Dedilər: «Pərvərdigara! Biz özümüzə zülm etdik, əgər
bizi bağışlamasan və bizə rəhm etməsən, şübhəsiz ki, ziyankar-
lardan olacağıq».
24. Buyurdu: «Bir-birinizə düşmən olaraq aşağı düşün! Yerdə
sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri
vardır».
25. Buyurdu: «Orada yaşayacaqsınız, orada öləcəksiniz və
oradan (yenidən) çıxarılacaqsınız».
26. Ey Adəm övladı! Biz övrət yerlərinizi örtən bir geyim və
sizə zinət olan (bir paltar) göndərmişik. Lakin təqva paltarı daha
yaxşıdır. Bu, Allahın ayətlərindəndir, bəlkə düşünəsiniz.
27. Ey Adəm övladı! Şeytan ata-ananızın övrət yerlərini
bir-birinə göstərmək üçün əyinlərindən paltarlarını soyundurub
cənnətdən çıxardığı kimi sizi də fitnəyə salmasın. Həqiqətən, o
və onun tayfası sizin onları görə bilmədiyiniz yerlərdən sizləri