DƏDƏ QORQUD ARAŞDIRMALARI doğulur”. Demək, Şaman (qam) “fiziki ölüm və yenidən doğul-
ma”, bəktaşi “mənəvi ölüb dirilmə”, dastan qəhrəmanı isə “buta”
mərhələsini keçməlidir. Yuxarıda qeyd olunanlardan belə bir
nəticəyə gəlmək doğru ola bilər ki, “möcüzəli doğuş” və “buta”
eyni funksional mövqeyə malik ola bilər. Çünki, bunların hər
ikisində yenilənmə motivi vardır.
Möcüzəli şəkildə dünyaya gələn qəhrəman adi insanlara
məxsus olmayan qeyri-adi keyfiyyətlərə malik olur. İstər dün-
yaya gəlişi istər, böyüməsi, istərsədə bacarıqları onun hansısa
fövqəlbəşər qüvvəyə bağlı olduğuna işarədir. Möcüzəli şəkildə
dünyaya gələn qəhramanın böyüməsi üçün heç də uzun illər lazım
olmur və gün, saat, saniyə bununçün yetərlidir. Sual oluna bilər
möcüzəli şəkildə dünyaya gələn qəhrəmanın tezliklə böyüməsinin
səbəbi hansı motivlə bağlıdır?
“Möcüzəli doğuşun” başlıca formalarında ölünün yenidən
qayıdışı təsəvvürləri əks olunur. Bu motiv nağıllara bütöv, tam
şəkildə yerləşdirilib və yalnız bir motivin göstəricisi ola bilməz.
İndi demək olar ki, möcüzəli doğuş motivi hələ doğumun səbəbi
məlum olmadığı qədim dövrün məhsuludur və sonralar Allahla-
ra, mədəni qəhrəmanlara, xilasedicilərə aid edilmişdir. Doğrudur
ki, çox hallarda möcüzəli şəkildə doğulan qəhrəman qətiyyən
xilasedici deyil. İnkişaf baxımından geri qalmış xalqlar doğumu
bütövlükdə fövqəlliklə bağlamışlar. Bir az inkişaf etmiş xalqa-
larsa möcüzəli doğuşu əsasən mədəni qəhrəmanlara aid etmişlər.
Bir sözlə, əsasən mədəni qəhrəmanlar möcüzəli şəkildə doğulur.
Möcüzəli şəkildə doğulanlarda qəhrəmanlıq nişanı olur və sanki,
o xilasedicilik funksiyası üçün doğulmuşdur.
Həmçinin, maraqlı məqamlardan biri də odur ki, möcüzəli
şəkildə doğulan qəhrəmanın tezliklə böyüməsinin səbəbi onun
yenidən, təkrarən dünyaya gəlişdir. Belə ki, dünyasını dəyişmiş
yetkin insan yenidən müəyyən bir məqsəd üçün qayıdır və onun