Folklor, Mifologiya, Etnoqrafiya yetkin insan kimi doğumu mümkün olmadığından o, uşaq kimi do-
ğulur və tezliklə yetkin insan olur. Məsələn, “Qaraqaşın nağlı”nda
illərcə övlad həsrətində olan qadın dərvişin ağız suyundan hamilə
olandan sonra bir cüt qaş doğur. Qaraqaş bir neçə gündən sonra
yükün üstündən yerə atılaraq böyük adamlar kimi yemək yeməyə
başlayır və tezliklə böyüyür. ”Kal Həsənin nağlı”nda uşaq iki ay-
lığından ayaq tutub yeriməyə başlayır, bir yaşına çatanda, artıq
böyük insanlar kimi hərəkətlər etməyə başlayır və.s.
Möcüzəli doğuş motivi şamanizmdə, islam və xristian dinində
də özünü göstərir. Cəbrayılın üfürməsiylə bakirə Məryəm İsaya
hamilə olur.Oxşar motiv şamanizmdə özünü aşağıdakı mətndəki
kimi göstərir
”Həyatı sona yetən, ruhlar tərəfindən aparılma məqamında
olan şaman (qam) öz arvadını yanına çağırır və onun alnını iyləyir.
Arvadına bildirir ki, sən artıq hamilə oldun və səndən doğulacaq
uşaq şaman (qam) olacaq. Bu minvalla bir neçə uşaq doğulacaq
onlarda şaman (qam) olacaq və doqquzuncu nəsildə doğulan uşaq
mən özüm olacağam” (4,15). Göründüyü kimi burada da möcüzəli
doğuşla bağlı yuxarıda qeyd olunan keyfiyyətlər ( ölmüş insanın
möcüzəli doğuşla yenidən qayıdışı) öz əksini tapmışdır.
Ədəbiyyat 1. Azərbaycan dastanları. Beş cilddə. İkinci cild, Bakı ,”Lider
nəşriyyatı”, 2005.
2. Azərbaycan folkloru küliyyatı (Nağıllar). Bakı, ”Səda”
nəşriyyatı, 2006.
3. Bayat Füzuli. Türk təsəvvüf (təkkə) ədəbiyyatı. Bakı, ”Elm
və Təhsil”, 2011.
4. Əlifoğlu Şakir. Butanın məqamı, məkanı, ünvanı. ”Azər-
baycan müəllimi”qəzeti, 2012.