DƏDƏ QORQUD ARAŞDIRMALARI inanclarda heç də özünü göstərmir. Türk-müsəlman təfəkküründə
at xoşbəxtlik gətirən, murada çatdıran, qoruyucu qüvvə kimi çıxış
edir. Hətta müsəlmanların qanun kitabı olan müqəddəs “Qurani-
Kərim”də “Əl-Adiyat”(Qaçan atlar) surəsində atlar xilaskar
qüvvə kimi təsvir olunur. Ancaq xristian inancında ata bütün
hallarda mənfi münasibət müşahidə olunur. İngilis əfsanələrində
biz Boz at obrazına rast gəlirik və o, mənfi tipin atı kimi təsvir
olunur.”Dərzi sözünü qurtarmamışdı ki, İblis bərkdən çığırdı,
onun boyun yaylığını əlindən buraxdı və bir an sonra o artıq Boz
atın belində yolla çapırdı” (6, 27).
Bəs tarix Nəbinin atı haqqındakı hansı həqiqətləri özündə
saxlamışdır? Qaçaq Nəbinin Sarımsaqlı dağında bir davası olur
və atları qar tığına düşür. Nəbi və yoldaşları piyada qalır. Ona
xəbər verirlər ki, yaxındakı Dolus-Bənis kəndində o kəndin ağa-
ları olan Səfərəlibəyovların atları var. Bu atlar cins atlar idi. Nəbi
kəndə gəlib “bəy ilxısını” istəyir, özünə lazım olan qədər at götü-
rüb gedir.”Bu atların cinsi Qarabağ xanlarının atlarının dölündən
idi. Bunların içində boz rəngli bir qulan var idi. Nəbinin Boz at
deyə tərif edilən atı həmin bu boz qulan idi” (4, 179).
Ədəbiyyat 1.Azərbaycan dastanları. 4-cü cild. Bakı, 2005.
2.Azərbaycan dastanları. Bakı, 1977.
3.Qaçaq Nəbi. Toplayanı və tərtib edəni Əhliman Axundov.
Bakı, 2006.
4.Behcət Bəhlul.”Qaçaq Nəbinin tarixi”. Bakı, 2011.
5.Dədə Qorqud Kitabı(ensiklopedik lüğət).Bakı, 2004.
6.Dünya xalqlarının mifləri və əfsanələri (İngilis mifləri və
əfsanələri), Bakı, 2004
7.Kitabi-Dədə Qorqud. Bakı, 2004.