QƏHRƏMANLIQ DASTANLARINDA
SƏDAQƏTLİ AT OBRAZI
89
Folklor, Mifologiya, Etnoqrafiya
Dürat qəhrəmanın sağ əli, ürəyi, dirəyi kimi göstərilir.
Klassik dastanlarımızdan gələn bu ənənə qaçaqçılıq dastanla-
rında da özünü göstərir. Belə ki,”Kitabi-Dədə Qorqud”da,”Qaçaq
Nəbi”də də Boz at obrazı və bunların bir çox oxşar xüsusiyyətləri
var.
1. Boz at hər iki dastanda “dəniz qulunu” kimi təsvir olu-
nur. ”Kitabi-Dədə Qorqud”da:”Yigidin gözi bir dəniz qulunu boz
ayğırı tutdu”.“Qaçaq Nəbi” dastanında Kərbəlayı Məhəmməd
Nəbiyə atı verəndə belə deyir:”Unutma ki, bu adi dayça deyil,
bozqır at nəslindəndir, dəryadan çıxmış madyanla çöl ayğırından
törəyib” (7, 16).
2. At qəhrəmanın çətin anında yanında olur, onu sona qədər
tərk etmir, ölümdən, fəlakətdən qurtarır. ”Kitabi-Dədə Qorqud”da
16 il düşmən qalasında əsir olan Beyrək”bir at bularsam, tutayım
binəyim!-dedi. Baqdı gördü ki, kəndünin dəniz qulunı Boz ayğır
bunda otlanıb durar” (7, 56).
Nəbi mühasirəyə düşəndə Boz ata güvənir ”Boz atım, yeri ha,
aman günüdür!”-deyə ondan kömək diləyir (3, 273).
3. Boz at öz sahibini tanıyır, onun iyini bilir, onu görəndə
kişnəyir. Beyrəyin dustaqlığı dövründə atı ondan ayrılmır, onu
gözləyir. ”Boz ayğır dəxi Beyrəgi görüb tanıdı. Iki ayağının
üzərinə durdu,kişnədi” (7, 56).
Nəbinin Boz atı da sahibini tanıyır ”At Nəbinin hənirini alan
kimi bərkdən kişnədi” (3, 199).
“Qaçaq Nəbi” dastanında Boz at bəzən yolgöstərən, müdrik
kimi çıxış edir, həm qəhrəmanı, həm də yoldaşlarını fəlakətdən
uzaqlaşdırır. Nəbi dedi:”Boz at belə uçurum qayaları, kovları çox
görüb. At ayaqlarını yerə döydü, Nəbi onun belinə sıçradı. Boz
at özünü Palantökən kovundan aşağı saldı. Dal ayaqlarını yerə
yatırtdı, sürüşüb düz Palantökənin ətəyinə düşdü” (3, 127).
Boz at Nəbinin ən yaxşı başadüşənidir, o, qəhrəmana nəyin
|