Folklor, Mifologiya, Etnoqrafiya Həmzə, incitmə Qıratı (1, 150). “Qaçaq Nəbi”dastanında:
Oğurlandı yaman yerdə Boz atım, Qırılıbdı tamam qolum qanadım, Boz atsız mən necə rahatca yatım? Ürəkdən istərəm səni,Boz atım! Sənsən mənim qolum.həmi qanadım (3, 197). 4. Türk epos təfəkküründə atın tərifi son dərəcə dərin poetik
dillə çatdırılır. Hər iki dastanda atın tərifinə həsr olunmuş poetik
parçalar məzmunca bir-birinə çox yaxındır, bəzi ifadələr isə tam
eynidir.
“Koroğlu”dastanında:
Əzəldən bilsəydim sənin halını, Əşrəfidən kəsdirərdim nalını, Yüz gözələ toxudardım çulunu, Alma gözlüm,qız birçəkli Qırat, gəl! (1, 169) “Qaçaq Nəbi”dastanında:
Boz at, səni sər tövlədə bağlaram, And içirəm,sənə məxmər çullaram, Əgər məni bu davadan qurtarsa Qızıldan, gümüşdən səni nallaram. Gümüşdən döydürrəm sənin nalını, Yüz gözələ hördürərəm yalını (3, 332). Atın döyüş və qələbə simvolu kimi əksi bütün xalqlarda və