DƏDƏ QORQUD ARAŞDIRMALARI muzladı. Qazan və Qoŋur at adlarındakı ilk səslərin (q-q) alliterasi-
yasını qəhrəman və atı kontekstində nəzərdən keçirmişik. Burada
isə yalnız “Qonur at” zoonimik modelindən bəhs edəcəyik. İlk ola-
raq qeyd edək ki, zoonimik modeldəki hər iki söz türk mənşəlidir:
rəng anlamlı qoŋur (qonur) sözü və at zooleksemi. Şabalıd rəngli,
açıq-qəhvəyi anlamlı qonur sözünü daha geniş müstəvidə təhlil
süzgəcindən keçirən F.Xalıqov yazır: “Kəhər leksik vahidi həm
ədəbi dildə, həm də şivələrdə qəhvəyi rəngin açıq forması kimi
təsəvvür olunur...”Kitabi-Dədə Qorqud” dastanlarında (dastanın-
da – Ə.T.) adı çəkilən Qonur at zoonimi “Koroğlu” dastanındakı
“Kəhərnişan madyan zooniminə sinonim leksik vahid hesab edilə
bilər. Ümumiyyətlə, rənginə görə adlandırma xüsusiyyətlərinə
türkdilli xalqların folklorunda çox təsadüf olunur. Dastandakı Boz
ayğır, “Qaçaq Nəbi”dəki Boz at zoonimləri də eynimənalı leksik
vahidlərdir” (F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009,
s.214.). Müəllifin qeydləri, həmçinin Boz atlu Xızır antroponi-
mik modelindəki “Boz at” zoonimi bir daha təsdiq edir ki, Boz
at adı qədim türk mifik təfəkküründən süzülərək bu günümüzə
ötürülüb. Burada bir cəhəti də qeyd edək ki, qonur apelyativi
təkcə at adlarında yox, həm də antroponimlərdə müşahidə olunur:
Qoŋur qoca – Aruzuŋ bir çobanı vardı. Qoŋur qoca Sarı çoban
deərlərdi. Bu da at və insan, at və qəhrəman münasibətlərindəki
yaxınlıq və doğmalığı əks etdirən detallardan hesab oluna bilər.
Qaragöz. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu
boy”da Qazan xanın atının adı kimi təqdim olunur: Qaragöz atıŋ
belinə yatan Qazan! Bu ad H.Araslının tərtib etdiyi “Kitab”da
“Qonur” şəklindədir. Mürəkkəb quruluşlu Qaragöz zoonimi-
nin hər iki komponenti türk mənşəlidir: qara, göz. M.Lermon-
tovun “Zəmanəmizin qəhrəmanları” əsərindəki Qaragöz adlı atın
məşhurluğu poetik şəkildə ifadə edilir. Hətta atın gözləri Bela adlı
gözəl bir xanımın gözlərindən əskik hesab olunmur: ...qapqara bir