Onomastika, Dialektologiya, Etimologiya toldun “boylardakı Qazlıq dağı Qafqaz dağıdır”, yaxud
Ə.Dəmirçizadənin “Qafqaz” sözü dağ mənasında olan qaf sözü
ilə tayfa adı “qaz” (“qas”) sözlərinin “qaslar dağı” mənasına bir-
ləşməsindən başqa bir şey deyildir” fikirlərini saf-çürük edir, öz
mülahizələrini məhz bu cür tədqiqatlar kontekstində təqdim edir:
“Qazlıq dağı – uca, yüksək, yüksəklik dağı deməkdir. “Qaztağ”
adlı dağ Yenisey yaxınlığındadır. Bu dağdamı öz adını Qara dəniz
sahilində yaşayan qaz//qas qəbiləsinin adından almışdır? Əlbəttə,
yox ...Qaztaq və Qazlıq türk dilləri ilə bağlıdır. “Qazlıq dağı”
“Qafqaz”ın tərcüməsi deyildir. Bu dağ adı müstəqil yaranmışdır.
“Qafqaz” dağının tərkibindəki qaz//qas “uca”, “yüksək” anla-
mında olan türkdilli (türk mənşəli – Ə.T.) sözdür” (M.Seyidov.
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.409-
410). “Yelisi qara Qazlıq at” zoonimik modelindəki sözlərin ha-
mısı türk mənşəli vahidlərdir: “yelisi qara” qeyri-müəyyən təyini
birləşmədir, müasir ədəbi dilimizdə qarayallı mənasındadır, zoo-
nimik modeldə bədii təyin kimi çıxış edir; Qazlıq oronim əsasında
yaranmış zoonimdir, at isə zooleksemdir.
Boz at. Birinci “boy”da müşahidə olunur: Boz atlu Xızır maŋa
gəldi. “Boz atlu Xızır” antroponimik modeli bütövlükdə I növ
təyini söz birləşməsi formasındadır. Xızır adından əvvəl işlənmiş
“Boz atlu” ləqəbi qeyri-müəyyən təyini birləşməni xatırlatsa da, I
növ təyini söz birləşməsi modelindədir. Belə ki, birləşmənin ikin-
ci tərəfindəki –lı şəkilçisi ellipsisə uğrayarsa, birləşmənin tərəfləri
arasında məna əlaqəsi itməz, əksinə, daha aydın görünər: boz atlu
– boz at. Digər tərəfdən, bu antroponimik modeldə ləqəb kimi
çıxış edən “Boz atlu” vahidi məhz zoonim əsasında yaranmışdır:
Boz at (zoonim) + lı = Boz atlu (ləqəb). “Kitab”dakı Boz ayğır
və “Qaçaq Nəbi” dastanındakı Boz at zoonimləri bərpa etdiyimiz
Boz at adının məntiqi davamıdır.
Qoŋur at. Oğuz igidi Qazanın atının adıdır: Qoŋur atın mah-