D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə93/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   89   90   91   92   93   94   95   96   ...   290
Əzizxan Tanrıverdi,
filologiya üzrə elmlər doktoru, professor
“DƏDƏ QORQUD KİTABI”NDA 
AT ADLARI


97
Bütövlükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 
1) At adı (xüsusi isim). 
2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 
3)  Yer  adı  (toponim).  Burada  ikinci  mənada  işlənib” 
(S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 
1988, s. 225-226). Müəllif həmin sözü mətnin müasir şəklində 
“Qaracıq” şəklində sadələşdirmiş və belə bir şərh vermişdir: Qa-
racıq atın adı; qara camaatın  mindiyi adi at. F.Xalıqov at adlarını 
xarakterik xüsusiyyətlərinə görə qruplaşdırarkən “Kitab”dan belə 
bir  nümunə  verir:  Qaraqoç  at  (F.Xalıqov.  Azərbaycan  onoma-
logiyası.  Bakı,  2009,  s.215).  Deməli,  F.Xalıqov  Qarağuc  deyil, 
Qaraqoç variantını əsas götürür. S.Əlizadənin iki fikrini qarşılaş-
dıraq: “Bizcə, “Qarağuc” sözü “qaracıq”ın metateza nəticəsində 
dəyişmiş variantıdır”; “Qaracıq atın adı; qara camaatın mindiyi 
adi at”. Müəllifin ikinci fikri yerinə düşmür. Belə ki, -cıq morfe-
minin əzizləmə deyil, kiçiltmə çalarını əsas götürərək, Qaracıq 
adını yalnız “qara camaatın mindiyi at” kontekstində izah etmək 
yerinə düşmür. Fikrimizcə, Qarağuc at adının məhz “Qaraqoç”la 
əlaqələndirilməsi  daha  inandırıcı  görünür.  Çünki  Qarağuc  adı 
“Kitab”dakı  digər  at  adları  ilə  eyni  semantik  şaxədə  birləşir. 
Məsələn,  “Keçi  başlu  Keçər  ayğır”  zoonimik  modelində  “keçi 
başlu”  başı  keçiyə  bənzəyən,  yaxud  “Toğlı  başlu  Turı  ayğır” 
modelində “Toğlı başlu” başı toğluya bənzəyən mənasındadır. Qa-
rağuc (Qaraqoç at) adında da başı qara qoça bənzəyən mənası real 
görünür. Bu isə belə bir modeli bərpa etməyə imkan verir: Qara 
qoç  başlı  at.  Buradakı  “başlı”  sözünün  ellipsisə  uğraması  türk 
dillərində mümkün hadisələrdəndir. Bu mənada “Qarağuc” adi at 
deyil, hətta Dədə Qorqudun mindiyi ikinci atdan – Toğlı başlu 
Turı ayğırdan da güclüdür. Bu fikrin düzgünlüyü isə öz təsdiqini 
ən azı “qoç toğludan güclüdür” tezisində tapır. “Qoç döyüşünə 
qoç dözər” atalar sözü, eləcə də qoç sözünün igid, qoçaq kimi 

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin