DƏDƏ QORQUD ARAŞDIRMALARI “Kitab”da qəhrəmanlar həm də atla- rı ilə tanınır, at adları isə qəhrəmanların adlarına uyğunlaşdırılmış şəkildədir. At və qəhrəman obrazlarının paralelliyi “Kitab”ın poetik çəkisini qüvvətləndirən detallar içərisində xüsusi yer tutur. Bu mənada “Kitab”da rast gəlinən at ad- larının hər birini ayrılıqda nəzərdən keçirək: Qarağuc. “Kitab”ın müqəddiməsində
işlənmişdir: Qarağuca qıymayınca yol
alınmaz... “Uşun qoca oğlu Səyrək
boyu”nda Qaraquc şəklindədir: Qaraquc
ayğırıŋ ürkdi gedər. S.Əlizadə “Kitab”da
müxtəlif formalarda işlənən bu adla bağlı
yazır: “Qarağuca HA-da (Həmid Araslının
nəşri nəzərdə tutulur – Ə.T.) “Qaraqoca”,
Er-də (M.Erginin nəşrində - Ə.T.) “Qıza-
ğuca”. H.Araslı bu sözün “at” mənasında
işləndiyini qeyd edir (KDQ, B., 1978,
s.15). Lakin KDQ-nin bu nəşrində
həmin söz “qara qoç” kimi də getmişdir.
Bizcə, “Qarağuc” sözü “qaracıq”ın me-
tateza nəticəsində dəyişmiş variantıdır.