Toqlı başlu Turı ayğır. Qeyd olunduğu kimi, Bayındır xanın
tövləsindən Dədə Qorquda verilmiş ikinci atın adıdır. Əlavə edək
ki, Yeynəyin atının adı da Turu ayğırdır. “Toqlı başlu Turu ay-
ğır” zoonimik modelindəki sözlərin hamısı türk mənşəlidir (toqlı,
başlu,turı, ayğır). Burada da təyini söz birləşmələrinə daxil olma-
yan ismi birləşmə ilə birinci növ təyini söz birləşməsinin sintezi
müşahidə olunur. “Toqlı başlu” birləşməsinin semantik yükündən
bəhs etmişik (əvvəlki səhifələrə bax!). “Turu ayğır”la bağlı de-
yilmiş fikirləri saf-çürük etdikdə isə bəlli olur ki, tədqiqatçıların
əksəriyyəti, demək olar ki, eyni nəticələri söyləmişlər. Bəzi
fikirləri təqdim edirik: “...Duru ayğır və “Qaraoğlu” dastanın-
dakı Qor at “Koroğlu” dastanındakı Qırat və Dürat (bu, “Duru
at” adının qısaldılmış və fonetik dəyişikliyə uğramış formasıdır)
adlarına uyğun gəlir. Duru ayğırın meydana gəlməsi haqqında
folklorda bir məlumat olmasa da, Qor at dərya atından–oddan–
alovdan törəmişdir. Qırat və Dürat da dərya atı cinsindəndir”
(M.Adilov, A.Paşayev. Azərbaycan onomastikası. Bakı, 1987,
s.74-75). M.H.Təhmasibin fikrincə, “Qırat – “od at” deməkdir.
At qədim təsəvvürdə çox zaman dörd ünsürlü, yəni ab-atəş-xak-
badla əlaqələndirilmişdir. Od-atəş-ildırımın da zoomorf surətdə
olduğu kimi qaranlıqla, eləcə də yağışla, su ilə bağlı olduğu
məlumdur...”(M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Bakı,
1972, s.142.) (bu sitatı “Turı ayğır” zooniminə görə təqdim etdik).
E.Əzizova görə, Qırat “tünd, boz, boz at”, Dürat isə “tünd kəhər