Onomastika, Dialektologiya, Etimologiya qoruyucusu Abaqan dağının qarlı təpəsində yaşayır (M.Seyidov.
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.285).
B.Ögəlin fikrincə, Göy at Tanrıya məxsusdur, göy rəngli atı
kömək edəcəyi kimsəyə Göydən göndərib (B.Ögəl. Türk mifo-
logiyası. Ankara, 1989, s. 313-314). Göy atın öndə gedən, tez
sürülən, yara tez yetirən və s. kimi mənalarda işləndiyini konkret
faktlarla əsaslandıran B.Abdulla yazır: “...göy rəngli atdakı “göy”
də Tanrı ilə qutsal bilinən Göy – səma ilə və onların simvolu sa-
yılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy at da Göydən,
səmadan gəldiyi üçün Göy-səma atı olmasına bayatılarda da tuş
oluruq: Göy atım göy üzündə, Ceyran otlar düzündə, Mən yarımı
tanıram, Qoşa xal üzündə (B.Abdulla. “Kitabi-Dədə Qorqud”da
rəng simvolikası. Bakı, 2004, s. 113). “Kitab”dakı “Göy bədəvi”
zoonimi, eləcə də göy komponentli at adlarının semantik yükü
yuxarıda təqdim etdiyimiz sitatlarda aydın şəkildə ifadə edildiyi
üçün burada yalnız bir cəhəti qeyd etməklə kifayətlənirik: Göy
bədəvi zooniminin “göy” komponenti ilə Qaragünə oğlu Qara-
budağın “atı bəhri hotazlı” bədii təyinindəki “bəhri” sözü eyni
semantik yuvaya daxil olan sinonimlər kimi çıxış edir: Göy
bədəvi-bəhri hotazlı – bəhri (dəniz rəngində, mavi) – mavi qo-
tazlı. Digər tərəfdən, Qaragünə və Göy bədəvi adlarında “g” sa-
mitinin, bədəvi və bəhri sözlərində isə “b” samitinin alliterasiyası
müşahidə olunur.