Onomastika, Dialektologiya, Etimologiya və digər abidələrimiz baxımından səciyyəvi olan Qara ayğır,
Qara at kimi zoonimik vahidlər müasir dilimizdə ilkin forma
və mənasını eynilə saxlayır.
Al ayğır. Bəkilin atının adıdır. “Kitab”da bir neçə dəfə işlən-
mişdir: Altundağı Al ayğırı maŋa vergil! Bəzi qorqudşünaslar
“Al ayğır”ı zoonim kimi qəbul etmir. Məsələn, O.Ş.Gökyayın
nəşrində “Al ayğır” modelindəki vahidlər yalnız apelyativ kimi
təqdim olunur: Altunda al ayğırı arık oğlan. Afad Qurbanov isə
“Al ayğırı” Əmranın atı hesab edir (A.Qurbanov. Azərbaycan
onomalogiyasının əsasları. II cild, 2004, s. 317). Halbuki “Al
ayğır”ın Əmranın yox, Bəkilin olması mətndə aydın şəkildə
ifadə edilir: Bəkil aydır:...Al ayğırın gətürüŋ, oğlum binsün!
“Kitab”dakı Boz at, Gög bədəvi kimi at adları “Al ayğır”ın
məhz zoonim olduğunu təsdiqləyir. Birinci növ təyini söz
birləşməsi modelində olan “Al Ayğır” zooniminin hər iki kom-
ponenti türk mənşəlidir: al (qırmızı), ayğır. Maraqlıdır ki, müa-
sir dilimizdə həm “al”, həm də “qırmızı” apelyativli at adlarına
təsadüf olunur: Al kəhər, Qırmızı at, Qırmızı kəhər, Qırmızı
kürən. “Məlikməmməd” nağılında da Qırmızı at zoonimi xü-
susi olaraq vurğulanır: Bu saat mənə bir dəst qırmızı paltar,
qılınc-qalxan, bir də Qırmızı at gətirərsən!
Bəkilin “boy”undakı mətnlərdən aydın olur ki, kafirlər
Bəkilin atını yaxşı tanıyır. Yazıçı Anar həmin mətnləri təhlil
edir və bir sıra maraqlı nəticələr söyləyir: “Yumoristik boyların
bir qismi düşmənlərə də aid edilir. Bəkili xəstə bilən və bundan
istifadə edən Təkur üstünə gəlir. Bəkilin oğlu İmran atasının
atı belində görünən zaman düşmənlər: “Bu at Bəkilindir, biz
qaçırız” – deyirlər. Təkur: Bu gələn Bəkil isə sizdən öndən mən
qaçaram – deyir” (Anar. Sizsiz. Bakı, 1992, s. 87). Bu detal
“Kitab”dakı yumoristik səhnələrdə belə qəhrəman və at obraz-
larının vəhdətdə olduğunu təsdiqləyir.
Alaca at. Qaraca çobanın dilində kafirin atının adı kimi