Onomastika, Dialektologiya, Etimologiya etməyə imkan verir. Onların “Kitab”da işlənməsi aşağıdakı
nümunələrdə daha aydın görünür:
qara – Qara qıyma gözləriŋ çöngəlməsəydi;
ğuc (qoç) – Biŋ də qoç diləyübdür;
Qazlıq – Oronimdir – Nə Qazlıq tağı aqar səniŋ sularıŋ;
at – At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!;
boz – Saqallu boz ac turğay sayradıqda;
qoŋur – Apelyativ kimi işlənməmişdir;
göz – Ala gözdən ayırdıŋ, yigit, məni!;
ayğır - ...Bir dəniz qulunu – boz ayğır aldılar;
keçər – keçmək – Dün yoq, ötəki gün eviŋ bundan keçdi;
keçi başlu – Ala başlu keçimcə gəlməz maŋa;
toğlu – Toqlıcıqlar, dövlətim saqar qoç, gəl, keç!
turı – Apelyativ kimi müşahidə olunmur;
ağ – Ağ saqallu babamı, ağ birçəklü anamı;
gög – Yapağlu gökcə çəmən güzə qalmaz;
bədəvi – Bədəvi atlar issini görüb oğradıqda;
təpəl – Apelyativ kimi müşahidə olunmur;
qaşğa – Apelyativ kimi müşahidə olunmur;
al – Güz alması kibi al yaŋağım yırtdığım çoq;
alaca – Ap-alaca gərdəgüŋə gələ görgil!
Düldül – Yalnız at adı kimi işlənmişdir.
Maraqlıdır ki, “Kitab”da atla bağlı işlədilmiş bir sıra sözlər
sonrakı dövr abidələrimizdə, eləcə də müasir dilimizdə zoonim
kimi çıxış edir: “Kitab”da - ərəbi at (Hey, ana! Ərəbi atlar olan
yerdə Bir qulunu olmazmı olur?), şahbaz (Şahbaz – şahbaz atlar
Qarıyubdur qulun verməz; Şahbaz ayğırı çəkdirdi, büdə bindi);
“Koroğlu”da – Ərəbat gəlməsə, meydan açılmaz, S.Vurğunun
dilində - Minib Gəray bəyin Ərəbatına, Y.V.Çəmənzəminlinin
dilində - O zaman Quba xanı Fətəlinin bir cüt atı vardı: birinin adı
Qəmər, o birininki Şahbaz idi. Nəhayət, onu da qeyd etməyi vacib