DƏDƏ QORQUD ARAŞDIRMALARI lamışdır. Müasir dilimizdə “Qaşqa at” zoonimi də işlənməkdədir.
Qara ayğır. Burla xatunun mindiyi at kimi təqdim olu-
nur: Qırq incə bellü qız – oğlan ilə Qara ayğırın tartdırdı, bütün
bindi.”Qara ayğır” həm də Dəli Qarcarın atının adı kimi verilir:
Qara ayğırı yarağla gətürdilər. Dəli Qarçarı bindirdilər. “Qara ay-
ğır” zoonimi birinci növ təyini söz birləşməsi modelindədir. Bu
modeldə hər iki komponent türk mənşəlidir: qara, ayğır.
“Qara at” zoonimi sonrakı dövr abidələrimiz üçün də xarak-
terikdir. Məsələn, “Koroğlu” dastanında Alı kişinin iki ayğırından
birinə ”Qara at” adı verilir. Vəsfi-hallarda da “Qara at” adı tez-tez
təkrarlanır:
Qara at nalı neylər, Qaraqaş xalı neylər, Vəfalı yarı olan, Dövləti, malı neylər. Göründüyü kimi, “Kitab”, “Koroğlu” dastanı və vəsfi-halda
işlənmiş “Qara at” zoonimi müsbət anlamlıdır. Bir cəhəti də qeyd
edək ki, “Kitab”da qara rəngli atlar məşhur atlar hesab olunur,
bu atların sürətli, iti qaçışı xüsusi olaraq qabardılır. “Qara at”,
xüsusən də “yelisi qara at”ın bütövlükdə “Kitab”ın poetik struk-
turunu əhatə etməsi B.Abdulla tərəfindən sistemli şəkildə araşdı-
rılmışdır: “...Qərar tuta bilməyən Uruzun anası Boyu uzun Bur-
la xatun Qara ayğırı minir və bu iti qaçan atın hesabına döyüş
meydanına bəylərdən tez yetişir. Al ayğırın sahibi olan Bəkil iti
qaçmasına görə ova həmişə Yelisi qara qazlıq (Qazlıq – Ə.T.)
atını minir. Selcanı istəməyə yollanan Qanturalı da uzaq səfərə
Yelisi qara qazlıq ata minir. Əlbəttə, belə-belə örnəklər “Kitab”da
çoxdur. Və bunların hamısının doğurduğu qənaət qara rəngli
atın uğur simvolu olması ilə yekunlaşır (B.Abdulla. “Kitabi-
Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, s. 80). “Kitab”