DƏDƏ QORQUD ARAŞDIRMALARI “atı bəhri hotazlı” bədii təyinindən bəhs edərkən bir sıra maraqlı
faktlar, rəsmlər təqdim edir: Bəhri qotazlı at. Nizami Gəncəvi,
“Xəmsə” əlyazması, XV əsr; Atı bəhri qotazlı. Bakı, Abşeron
mədəniyyəti, qəbir başdaşı, XV əsr. Qız qalası Dövlət muzeyi...”
(Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, s. 172-173). Bu-
rada F.Məmmədlinin fikirlərini də xatırlatmaq yerinə düşür: “...
atların yəhər-əsvabına mahir ustalar (sərrac) tərəfindən incə na-
xışlar vurulmuş, atlara gümüş işləməli sinəbəndlər, qayış-quşqun,
gümüş qaşlı yəhər, gümüş dəstəkli qırmanc (tatarı) hazırlanmış-
dır” (F.Məmmədli. Seçilmiş əsərləri, III cild, Bakı, 2004, s.360).
Bu qeydlərin hər birində türk tarixinin böyüklüyü canlanır, həm də
bəhri qotazlı at təkcə “Kitab” yox, ümumən türk mədəniyyətinin
zənginlik göstəricisi, atributu kimi çıxış edir.
“Gög bədəvi” zoonimik modelindəki ərəb mənşəli “bədəvi”
sözü bir sıra şivələrimizdə mühafizə olunur. Məsələn, şərq
şivələrində cins, yaxşı, güclü at anlamlı söz kimi bədo//bədöy
formasında işlənir. Bu, qərb şivələri baxımından da xarakterikdir.
Hətta qərb şivələrində insanla bağlı olaraq işlədilməsinə də rast
gəlinir: Yaman bədöy adamdı. “Kitab”dakı “bədəvi” sözü isə yal-
nız atla bağlı işlədilmişdir: bədəvi at – harın, cins at. Burada bir
cəhəti də qeyd edək ki, Oğuz qəhrəmanlarının dilində “bədəvi at”
birləşməsi ilə yanaşı, “ boynı uzın bədəvi atlar” ifadəsi də tez-tez
təkrarlanır. Bədəvi at ifadəsi türkmən folklorunda “bədəv atlar”
şəklindədir:
Ol obadan pürküm-pürküm çaŋ çıkyarla, Bibican Bədəv atlar dəŋ gəlişip, dəŋ çıkyarla, Bibicvan, Şövəş güni ğoç yigitdən gan çıkyarla, Bibican... “Gög bədəvi” at adının birinci komponenti türk mənşəlidir.
At adlarında müşahidə olunan “göy” sözü, daha dəqiqi, “Gög at”
adı barədə çox bəhs olunub: M.Seyidova görə, göy rəngli atların