DƏDƏ QORQUD ARAŞDIRMALARI işlənmişdir: Altundağı alaca atuŋ nə ögərsən? Burada “alaca
at” apelyativ kimi verilmişdir. Fikrimizcə, həm mətnin seman-
tik yükü, həm də “Kitab”dakı Boz at, Al ayğır və Gög bədəvi
kimi zoonimlər “Alaca at” modelini məhz at adı kimi təqdim
etməyə imkan verir. “Alaca at” birinci növ təyini söz birləşməsi
modelindədir. Birləşmənin hər iki komponenti müasir dilimizdə
eynilə işlənir: ala (qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri
hissəsi başqa rəngdə olan) + -ca sifətin çoxaltma dərəcəsini ya-
radan şəkilçiləşmiş ədat və at sözü. Yeri gəlmişkən, tapmacala-
rımızda da “Ağ alaca” at adına təsadüf edilir: Bir atım var, Ağ
alaca...
Düldül. “Kitab”da cəmi bir dəfə işlənmişdir. Məhəmməd
peyğəmbərin mindiyi və sonradan Həzrət Əliyə hədiyyə etdiyi
atın adıdır: Şahi-mərdan Əliniŋ Düldüliniŋ əyəri ağac. “Düldül”
zoonimi ərəb mənşəlidir, “Kitab”a katib tərəfindən əlavə edilmiş
ərəb və fars mənşəli sözlər sırasına daxildir.
Maraqlıdır ki, Həzrət Əlinin atının adı kimi tanınan “Dül-
dül”ün qeyri-adi gücü, qüvvəsi bayatılarımızda da yüksək
qiymətləndirilir:
Ocağı sönən dağlar, Tifanı dönən dağlar, Səni dardan qurtarsın, Düldülə minən, dağlar. Bəhs etdiyimiz at adlarının (Qarağuc, Qazlıq at, Boz at
– Boz atlu Xızır modelində, Qoŋur at, Qaragöz, Boz ayğır,
Keçi başlu Keçər ayğır, Toqlı başlu Turı ayğır, Ağ-boz at, Gög
bədəvi, Təpəlqaşğa ayğır, Qara ayğır, Al ayğır, Alaca at, Düldül)
əksəriyyətinin apelyativi “Kitab”da işlənmişdir ki, bu da həmin
at adlarını digər mənbələr yox, məhz “Kitab” müstəvisində təhlil