D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə120/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   116   117   118   119   120   121   122   123   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur.Bu adlar da 
qədim  dövrün  izlərini  qoruyub  müasir  dövrümüzə  gətirən  real 
faktlardır” (61, s. 7).
Orxon-Yenisey abidələri antroponimik vahidlərlə zəngindir. 
Araşdırmalarda  Orxon-Yenisey  abidələrində  264  antroponimin 
işləndiyi göstərilir (13, s. 22).
1999-cu ildə “Orxon-Yenisey abidələrində şəxs adları” möv-
zusunda namizədlik dissertasiyası müdafiə etmiş V.Yunusova Or-
xon-Yenisey abidələrindəki antroponimlərin aşağıdakı leksik-se-
mantik qruplarını müəyyənləşdirmişdir:
1)  Qəhrəmanlıq,  igidlik  anlayışı  ilə  bağlı  şəxs  adları:  Alp 
Urunu, Alp Şalçı, Alp Urunu Tutuk...;
2) Müdriklik anlayışı ilə bağlı şəxs adları: Bilgə Kağan, Bilgə 
Tirik, Bilgə Çikşi...;
3) Yüksəklik, böyüklük, alilik, ululuq, möhtəşəmlik və kü-
barlıq anlayışları ilə bağlı şəxs adları: Uluğ İrkin...; 
4) Xoşbəxtlik, səadət anlayışı ilə bağlı şəxs adları: Kutlığ//
Kutluğ, Kutluğ Urunu, Kutluğ Bağa Tarkan (61, s. 12).
Ə.Tanrıverdiyev Orxon-Yenisey abidələrindəki antroponim-
lərin  leksik-semantik  qruplarını  dəqiqləşdirmək  üçün  ilk 
növbədə ad yaradıcılığında iştirak edən apelyativlərin mənasını 
müəyyənləşdirməyin gərəkliliyini bildirir (13, s. 27). Orxon-Yeni-
sey abidələrinin antroponimik sistemi, lüğəti, həmçinin onlara dair 
aparılmış araşdırmalar göstərir ki, bu abidələrdə həm apelyativ və 
antroponim, həm də yalnız antroponim kimi işlənən vahidlər var-
dır, onların əksəriyyətinin semantikasını məhz mətn konteksində 
dəqiqləşdirmək mümkün olur. Bu tip sözlərin həm antroponim, 
həm  də  apelyativ  kimi  işlənən  vahidlər  kimi  öyrənilməsi  daha 
məqsədəuyğundur. Bunları nəzərə alan Ə.Tanriverdiyev  Orxon-
Yenisey abidələrindəki antroponimləri leksik semantik cəhətdən 
aşağıdakı kimi qruplaşdırır:


124

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin