Onomastika, Dialektologiya, Etimologiya 2) Əsl türk mənşəli antroponimlər
Qədim türklərin mədəni-siyasi əlaqədə olduğu Çin, soğd, Ti-
bet və başqa xalqlara mənsub olan şəxslərin adı abidələrin dilində
az da olsa türkləşdirilərək işlənmişdir. Bəllidir ki, alınma ono-
mastik vahidlər tərcümə edilmir. Görünür, bu qanun Orxon-Ye-
nisey yazılı abidələrində bir neçə alınma şəxs adının yer tapma-
sına təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, sonrakı dövrlərlə
müqayisədə Orxon-Yenisey abidələri dövründəki dilimizdə alın-
ma antroponimlər olduqca az işlənmişdir.
Bu alınma şəxs adlarından bir neçəsinə nəzər yetirək. Çaŋ,
senün (KTşm 13). Mətndə bu şəxsin Çin nümayəndəsi olduğu
qeyd edilir. Çaça şenün (KTş 32). Bu şəxs adı da Çin mənşəlidir.