DƏDƏ QORQUD ARAŞDIRMALARI adı çəkilən Tay şeŋün (BX s. 11) antroponimi də Çin mənşəlidir
(54, s. 165). Burada tay Çin dilində “böyük”mənasındadır. Altun
Tay saŋun (Th SIV) antroponimi haqqında da eyni sözləri demək
olar.
Göründüyü kimi, Orxon-Yenisey abidələrinin dilində işlən-
miş antroponimlərin çox az hissəsi başqa dildən alınmadır.
Abidədə daha çox Çin dilindən, tək-tək hallarda isə soğd dilindən
alınmış antroponimlər müşahidə olunur.
Abidələrin dilində işlənmiş antroponimlərin böyük bir qismi-
ni isə əsl türk mənşəli antroponimlər təşkil edir.
1. Rütbə və titul bildirən leksemlər əsasında yaranan
antroponimlər.
İltiriş kağan. II türk xaqanlığının və ya Göytürk dövlətinin
qurucusu və hökmdarı İltiriş kağanın doğum ili bəlli deyil. Bilgə
kağan və Kül tiginin atası olan bu hökmdar 682-ci ildə Göytürk
dövlətini qurmuş, 692-ci ildə vəfat etmişdir.
Bu antroponim s və ş səs əvəzlənməsi ilə bəzən İlteris
şəklində yazılır. Eyni zamanda qədim türk dilində i və e səs
dəyişməsi olduğuna görə burada İltiriş yerinə Elteriş//Elteris for-
masi da nəzərə çarpır. Hökmdar Aşina soyundan çıxdığına görə
onun ailə adı Aşina şəklində tanınırdı. Onun adı Çin mənbələrində
Aşina Ku-to-lu (Ku-du-lu) şəklində qeyd olunmuşdur (türkcəsi
Aşina kutluğ). İlteriş kağan irsən Todun çor titulunu, bundan
sonra 682-ci ilədək Kutluğ şad, 683-687-ci illər arasında Kutluğ
kağan, 687-692-ci illər arasında isə İltiriş kağan titulunu və ya
adını daşımışdır (54, s.94) İlteriş/İlteris/Elteriş antroponiminin
tərkibi iki leksemdən ibarətdir. Bu antroponimik vahidin I kom-
ponenti olan il//el Orxon-Yenisey abidələrində “dövlət”, “el”,
“xalq” anlayışını ifadə edir və qədim türk dövlət adamlarının
adlarında bu komponentə yer verilir. Orxon abidələrindən olan
Ongin abidəsində təsadüf etdiyimiz Eletmiş yabğu (Oö 4), eləcə