Onomastika, Dialektologiya, Etimologiya də II uyğur xaqanı Teᶇride bolmış il etmiş bilgə kağan (ŞU1)
və s.buna misal göstərmək olar. Adın II komponenti isə qədim
türk dillərindəki ter//tir (bir yerə toplamaq, yığmaq) felindən və
-ış,-iş şəkilçisindən ibarətdir. Qeyd edək ki, tir felinə Orxon-Ye-
nisey yazılı abidələrində müstəqil mənalı fel kimi rast gəlinir.
Məs.; İlgerü, kuriğaru sülep tirmiş. ”Şərqə, qərbə qoşunla yürüş
etmiş, toplamış ...?! (KTş12). Maraqlıdır ki, tir felinin Yenisey
abidələrində ter variantına da (Y 42) təsadüf etmək olur. Bu da
həmin felin VII-VIII əsrlərdə bu abidələrdə iki fonetik variantda
(İlteriş və İltiriş şəklində) işlənməsinə səbəb olmuşdur. İlteriş//
İltiriş antroponimindəki –ış ünsürü feldən ad düzəldən morfem-
dir və felin qarşılıqlı–müştərək növünün şəkilçisinə omonim-
dir. Teriş sözünə M.Kaşğarinin “Divanü lüğat-it türk” əsərində
də rast gəlinir. Ol manga yemiş terişdi.O mənə meyvə yığmağa
kömək etdi.Ə.Rəcəbli İlteriş//İltiriş antroponimik vahidinin kök
və şəkilçi morfemlərini tarixi-linqvistik müstəvidə geniş şəkildə
izah edir və V.Radlova istinad edərək yazır: ,,...İltəris //İltəriş
xüsusi şəxs adını Azərbaycan dilinə tərcümə etsək, El üçün qa-
nun qoyan, El üçün qanun yaradan, Xalq üçün milli dövlət ya-
radan, Elin qanununu özündə təcəssüm etdirən ifadəsi alınır.Bu
ad keçmiş qəbilə başçısı Kutluğ xanın yeni mövqeyini, ictimai
vəziyyətini tam ifadə edirdi (17, s. 99).
İlteriş //Elteriş antroponimi ilə bağlı abidədə olan bir cümləyə
nəzər yetirək: «...kağan inisi (El)çor tigin kelip,ulayu tört tigin
kelip işbara bilgə Kül iç çorığ yoğlatı» - (Bilgə) xaqanın kiçik
qardaşı El çor tigin və digər dörd tigin gəlib İşbara Bilgə Kül iç
çoru dəfn etdilər (KÇ 24). Bu cümlədəki El çor Tigin şəxs adı-
dır. Qeyd edək ki,E.Trıyarski abidəni yenidən oxuyub və tədqiq
edərkən (1962) və Klausonla birlikdə onun tərcüməsini nəşr
edərkən (1971) bu abidədə Bilgə kağanın kiçik qardaşı El çor ti-
ginin adının işləndiyini müəyyən etmişlər.