D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə128/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   124   125   126   127   128   129   130   131   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qaplan” mənasını bildirir. Kapağan xaqanın II oğlu İni il kağan 
idi. O, 716-cı ildə atası döyüşdə ödürüldükdən sonra taxta çıxdı. 
Lakin əmisi oğlanları bu hadisəni qeyri-qanuni elan edərək onu 
öldürdülər. İni il kağan “kiçik xaqan” mənasını verir.
İn il kağanın adı yalnız Tonyukuk abidəsində, həm də İnel 
şəklində  işlənir.  Ə.Tanrıverdiyev  İnəl  kağan  antroponimini  –
inəl  (xan  əsilli  arvaddan  olan),  kağan  (xaqan,hökmdar)  kimi 
mənalandırır (13, s. 31).
Kül  tigin.  Kül  tigin  göytürk  hökmdarı  Bilgə  xaqanın  ki-
çik  qardaşı,  İltiris  xaqanın  isə  kiçik  oğludur.  O,  dövlətin  hərbi 
işlərinə rəhbərlik edir, böyük qardaşı ilə birlikdə türk dövlətinin 
genişlənməsinə  çalışırdı.  Bu  sahədəki  böyük  xidmətlərinin 
nəticəsində Orxon çayı sahillərində onun şərəfinə möhtəşəm bir 
mavzoley, abidələr ucaldılmışdır. Kül tigin abidəsində hadisələrin 
gedişi böyük qardaş hökmdar Bilgə xaqanın dili ilə təsvir edilir. 
Bilgə xaqan qardaşının qorxmazlığını,düşmənə qarşı amansızlığı-
nı, qəhrəmanlığını canlı səhnələrlə şərh edir.Odur ki, bu abidədə 
Kül tigin antroponimi bir neçə dəfə işlənmişdir (KTş 26, 27, 30, 
31, 32, 33, 34, 40; KT şm.2, 3, 5, 7, 8, 10;  KTşm-ş 1, KTcq 1, 
KTq1). Bu şəxs adı yalnız bir dəfə Bilgə xaqan abidəsində çıxış 
etmişdir. Böyük qardaşı 716-cı ildə göytürk hökmdarı olduqda, 
684-cü ildə anadan olmuş bu türk qəhrəmanı Kül tigin türk or-
dusuna başçılıq etmək vəzifəsini öz üzərinə götürmüşdü. Dövlət 
qarşısında  göstərdiyi  xidmətlərə  görə    Bilgə  kağan  ona  İnançu 
apa yarğan tarkan titulunu vermişdir (İnançu Apa Yarğan tarkan 
atığ birtim, anı ögtürtüm (KTq 2).
Kül tigin antroponiminin tərkibindəki tigin komponentinin o 
dövrdə titul bildirdiyini güman etmək olar. Tigin və onun mənşəyi 
haqqında  elmi  ədəbiyyatda  müxtəlif  fikirlər  vardır.  Ə.Rəcəbov 
Kül tigin antroponiminin tərkibindəki tigin lekseminin apelyati-
vinin abidələrdə “şahzadə,” “xaqanın oğlu ”mənasını bildirdiyini 


131

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin