DƏDƏ QORQUD ARAŞDIRMALARI Bu antroponimin I komponenti (kül) apelyativi və mənşəyi
haqqında da türkologiyada müxtəlif fikirlər mövcüddur. Kül ti-
gin antroponimini abidənin Çin mətnində transkripsiya edən
S.Şlegel onu Kök tegin şəklində oxumuşdur. Çünki bu heroqlifli
mətndə həmin leksem (Kül) bir samiti olmadan göstərilmişdir.
Orxon kitabələrini ilk dəfə oxuyan Vilhelm Tomsen bu yanlış-
lığı vaxtında sezdiyi üçün sözün Kül və ya köl şəklində oxuna
biləcəyinə diqqəti çəkmişdir. V.Radlov bu sözün külüg leksik
vahidi ilə qohum olmasına işarə edərək, onu Kül şəklində oxu-
muşdur. M.Kaşğarinin “Divan”ında Kol bilgə xan onomastik va-
hidinin aşkar olunması göstərdi ki, bu şəxs adındakı köl sözü göl
leksemi ilə eyni kökdəndir və “ağlı göl kimi olan xan” deməkdir
(44, s. 170- 423). Bu qaynağa əsaslanaraq sonralar Türkiyəli
alimlərdən Nəcib Asim, Osman Turan, Tehsin Banquoğlu, Faruk
Sumər, Osman Fikri Sərtqaya, Avropada L.Bazən həmin sözü köl
şəklində oxuyaraq “göl” mənasını bildirdiyini iddia etmişlər (22,
s. 62). A.N.Kononov 1980-ci ildə yazdığı “Грамматика языка
тюркских рунических памятников” kitabında bu məsələnin
üzərində dayanmış və kül variantına üstünlük vermişdir.
Ə.Tanrıverdiyev son illərdə nəşr edtirdiyi “Qədim türk
mənbələrində yaşayan şəxs adları” (13, s. 37-45) əsərində həmin
məsələni ətraflı şərh edir, əsaslı dəlil və faktlara söykənərək göl
anlamlı köl variantının daha doğru variant olduğunu sübuta yeti-
rir. Biz də bu fikri dəstəkləyərək qeyd edirik ki, qədim türklər öz
övladlarına köl-göl qədər ağlı olmağı arzulayaraq məhz bu cür ad
seçə bilərdilər. Bu fikir bir bayatımızda da öz əksini tapmışdır:
Əziziyəm gül əllər, Gül biləklər, gül əllər. Dəryaca ağlın olsun, Yoxsul olsan gülərlər.